İspaniyalı hücumçu millimizin formasını geyinməyə razılaşdı!
AFFA-nın 1 ildi israrla milliyə cəlb etmək istədiyi Eddi İsrafilov İspaniya Sequndasının 23-cü turu çərçivəsində fərqlənib. Atası anqolalı, anası azərbaycanlı olan yarımmüdafiəçi son turda “Malyorka”nın qapısına yol tapıb. 2:2 hesabı ilə başa çatan matçda 85 dəqiqə mübarizə aparan İsrafilov 75-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Hazırda “Real Mursiya” 30 xalla 12-ci pillədə qərarlaşıb.
Vurduğu qolla bağlı təəssüratlarını ispan mətbuatına bölüşən Eddi bunları deyib: “Qolumu belə parlaq qeyd etməyim həmin axşam hədsiz qol vurmaq istəyimdən irəli gəlir. Mənə inanan hər kəsə təşəkkür edirəm. Həqiqətən də qol vurmağı çox istəyirdim. Digər tərəfdən isə qolumun qələbə gətirəcəyini istərdim. Bu, bizim azarkeşlərimiz üçün yaxşı oyun idi. Gələn həftə “Ponferradina”ya qarşı oyunda daha yaxşı nəticəyə nail olmaq istəyirk”.
Sözügedən oyunda hücumameylli yarımmüdafiəçi kimi çıxış edən Eddi oynadığı mövqeyə də münasibət bildirib: “Məşqçi harada desə, orada da oynayacam. Yarımmüdafiədə, hücumun mərkəzində, hətta cinahda belə”.
Eddi növbəti turda “Ponferradina” ilə keçirəcəkləri oyuna da toxunub: “Hər oyuna olduğu kimi buna da əzmlə hazırlaşırıq ki, xallar qazanaq. Baş məşqçi ilk günlərdən komandanı oyunlara daha çox psixoloji cəhətdən hazırlayır. Uğurumuzun əsas açarı budu. Son oyunlarımız ço çətin keçdi. Artıq hamı görür ki, biz necə əmzlə çalışırıq”. Komandadakı rəqabətdən də danışan İsrafilov belə şeylərə fikir vermədiyini bildirib: “Açığı, belə şeylər məni o qədər də maraqlandırmır. Bizim işimiz oyunlara yaxşı hazırlaşmaq və xal qazanmaqdı. İndi biz növbəti oyuna diqqət ayırmalıyıq. Çünki çox soyuq və çətin səfərə yollanacağıq”
Xatırlatdığımız kimi, İsrafilovun təxminən 1 il öncə yığmamıza cəlb olunma ehtimalı var idi. Həmin vaxt AFFA öz təklifini etmişdi və onu əvvəlcə Bakı, ardınca Dubay toplanışına çağırmışdı. Ancaq o, autsayderlər qrupunda olan komandasını pis vəziyyətdə qoymamaq üçün dəvətə “yox” demişdi. Federasiya isə həqiqəti ört-basdır edərək, bunu Eddinin onlardan 500 min avro istəməsi ilə əlaqələndirmişdi. Yarımmüdafiəçi isə həmin vaxt “Sport Favorit”ə eksklüziv açıqlamasında xəbəri təkzib etmişdi. Vəziyyəti belə federasiya isə onun özünün deyil, menecerinin şərt irəli sürdüyünü bildirərək, sudan quru çıxmağa çalışmışdı. Guya, agenti Eddinin anası İradə xanımla danışaraq, bu təklifi qəbul etməsinə görə ailənin göstərilən məbləği istədiyini açıqlayıb.
Biz isə dünən Eddi ilə bir daha əlaqə saxlayıb, qapanmış kimi görünən milli söhbətini açdıq. "Mursiya"lı o vaxtdan bu yana AFFA-dan dəvət almadığını bildirdi: “Bu barədə düşünürəm. Lakin o vaxtdan indiyə qədər mənimlə maraqlanan, dəvət göndərən olmayıb. Bircə dəfə may ayında zəng vurub milli komandaya çağırdılar. Həmin vaxt komandamın vəziyyəti pis olduğundan, gələ bilmədim. Ondan sonra nə mənə dəvət göndəriblər, nə də menecerimlə danışıblar”. "Yenidən dəvət alsan, milliyə gələrsən” sualına isə belə cavab verdi: “Əlbəttə, çağırsalar, gələrəm. Reallıq isə onu göstərir ki, yaxın vaxtlarda belə bir şey olmayacaq".
"Sport Favorit"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |