"Beşiktaş"dan imtina edən “Xəzər Lənkəran”da! MÜSAHİBƏ

07.02.2014 | 8273 dəfə oxunub

 "Xəzər Lənkəran"ın yeni transferi Elias Ribeyro mətbuata müsahibə verib 

 

Ölkəmizə xoş gəlmisən. Öncə məlumat verərdin ki, gəlişin necə baş tutdu?

- “Xəzər Lənkəran”dan çox yaxşı təklif aldım və bura gəldim. Azərbaycana tarix yazmaq üçün gəlmişəm. Hazırda əla motivasiyalıyam və əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Bax, gəlişim belə baş tutdu.


Rəsmi müqaviləyə imza atdın? Eşitdiyimə görə, klubun ofisində olmusan, ancaq sözləşmə imzalamamış oranı tərk etmisən.
- Xeyr, elə bir şey olmayıb. Artıq klubla müqavilə imzalamışam. Müqavilənin müddəti 1,5 illikdi.
 

Bilirəm ki, transferin elə də asan reallaşmadı. İlk vaxtlar müəyyən problemlər oldu və hətta bir ara keçidin alınmaması ilə bağlı xəbərlər də çıxdı. Məsələ niyə bu qədər uzandı?
- Elə bir ciddi problem olmadı. Mən özüm “Xəzər Lənkəran”da oynamağa razı idim. Sadəcə, “Atletiko Paranaense” ilə arada xırda detallar var idi ki, onları həll etdik. Hər şey çox asan həll olundu. Artıq hər şeyi danışmışıq, vəziyyət qaydasındadı. Gecikmənin əsas səbəbi bu idi.

Yeni komandanın oyununa baxdın. Nə gördün?
- İlk baxışdan məndə yaxşı təəssürat oyatdı. Komanda səfərdə çempionatın liderinə qarşı oynayırdı. Əlbəttə, çatışmazlıqlar var. Amma nəzərə almaq lazımdı ki, komandada yeni futbolçular var. Onlar uyğunlaşmalıdı. Mən də “Xəzər Lənkəran”a kömək etmək üçün burdayam. Əlimdən gələni edəcəm. İnanıram ki, komanda oyundan oyuna inkişaf edəcək.
 

Deyirsən ki, komandaya kömək edəcəksən. Hazırda “Xəzər”də sənin oynadığın mövqedə problem nəzərə çarpır. Oyunqurucu yoxdu. Bu çatışmazlığı aradan qaldıra biləcəyinə əminsən?

- Hər şeyi bilirəm. Bura niyə gəldiyimi, komandaya lazım olduğumu. Mən peşəkar futbolçuyam. İşim meydanda hücumçulara qol vurmağa kömək etməkdi. Komandada hansı çatışmazlığın olduğunu bilirəm. Ona görə də  çalışacam, bu problem aradan qaldırım.


Azərbaycan çempionatında braziliyalı futbolçular çoxdu. Onlardan kimi tanıyırsan?

- “Qəbələ”nin qapıçısı Dieqo Kostanı tanıyıram. Məndən əvvəl burda dostum Rodriginyo çıxış edib. “Xəzər Lənkəran”dan isə təkcə Deyvid Sakkonini tanıyıram. Bilirəm ki, o da bura təzə gəlib. Ümidvaram ki, yaxın gələcəkdə kollektivdə yer alan oyunçularla münasibət yaranacaq.
 

Bura gəlməzdən öncə həmin braziliyalılardan məsləhət aldınmı? Sənə nə dedilər?

- Əlbəttə, Azərbaycana səfərimdən öncə Deyvidlə danışıb, ondan lazımı informasiyanı almışam. O da mənə bura gəlməyi məsləhət gördü.
 

Əyalət klublarına gələn legionerlər Bakını görəndən sonra burda qalmaq istəyirlər. Azərbaycanda olduğunu müddətdə, sən harda yaşayacaqsan, Lənkəranda, yoxsa paytaxtda?

- Təzə gəldiyim üçün hələlik evim yoxdu. Oteldə qalıram. Çox güman ki, Lənkəranda yaşayacam. Mənə deyiblər ki, orda şərait yaxşıdı yaşamaq olar.

Okeanın o tayından gəlmisən. Azərbaycan və Braziliya çempionatları arasındakı fərq də ölkələr arasındakı məsafə qədərdi?
- Təbii ki, arada müəyyən fərqlər var. Məsələn, burda komandalar daha çox taktiki cəhətdən güclüdülər. Braziliyada isə futbolçulara meydanda tam sərbəstlik verilir. Fərdi ustalıq ön plana keçir. Azərbaycan çempionatı inkişafdadı. İnanıram ki, ildən-ilə daha da yaxşı olacaq. “Xəzər Lənkəran”ın heyətində debüt etmək üçün səbirsizlənirəm. Çox motivasiyalıyam, oynamaq istəyirəm, kömək etmək istəyirəm. Mən uğur qazanmaq, fanatları sevindirmək üçün hər şey edəcəm. Düzdür komandaya gec qoşulmuşam. Amma bu məndən asılı səbəb deyildi. İlk gündən “Xəzər Lənkəran”da oynamağa razılıq vermişdim.

"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail