“Bəsdirin də, hə, o, götürmədi məni komandaya” AÇIQLAMA

07.02.2014 | 5223 dəfə oxunub

Yayda “Slobodo” ilə müqavilə imzalayan Murad Hüseynov 1 oyun da keçirmədən Serbiyadan qovuldu. Lyuboşa Stamenkoviç ehtiyac duymayınca, millimizin sabiq üzvü üz tutdu Çexiyaya. “Banik” onu əvəzedici heyətə götürmüşdü. Amma baxışa. Ucaboy forvard ostravalıların da etibarını qazana bilmədi. Beləliklə, getdiyi hər yerdən rədd cavabı alan hücumçu Mahaçqalaya qayıtmaqla uğursuzluq zolağından çıxacağını güman edirdi. Yetişdiyi “Anji” imkan verdi ki, özünü göstərsin.

Lakin uşaqlıqdan "qab"ına bələd Hacı Hacıyevin ürəyinə yol tapa bilmədi. Antalya toplanışı doğma "Anji"də keçirdiyi son günlər kimi yadda qaldı. Bu günlərdə isə “Luç-Energiya”a baxışa yollandı. Millimizə “qol maşını” kimi dəvət alıb, “ətçəkən maşın” çıxan Hüseynov gözlənilmədən Vladivastok klubunda yoxlanışdan uğurla keçdi. Problem özünü danışıqların rəsmi hisəssində göstərdi. I Divizion təmsilçisi Muradı almadı ki, Azərbaycan vətəndaşlığı daşıyır. Komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan Hüseynovu saxlamamaq üçün özgə bəhanə tapmadı: "Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq”.

Ölkəmizdə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinmiş əslən dağıstanlı hücumçunu dünən biz də aradıq. Sualımızı olduqca aqressiv qarşılad: “Bəsdirin də artıq! Hə, erməni  götürmədi məni komandaya. Ancaq bu, pis oyunçu olmağımla bağlı deyil. Bilmirəm burda hansı problemlər oldu. Qriqoryanın futbolu siyasətə qatdığını düşünmürəm. Bəlkə də yazılanlar kimidi. Yalandan nəsə deməyim düzgün olmaz. Azərbaycan qəzetləri yazır ki, Muradı "Luç"a götürmədilər. Hə, belə də oldu. Artıq yeni komanda axtarmaq lazımdı. Başqa çıxış yolum yoxdu. Yenə futbolsuz qalmaq istəmirəm".

"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail