Milinko Pantiç: "Simurq"un evdə yaxşı oynaması məni çox narahat edir" AÇIQLAMA

07.02.2014 | 4348 dəfə oxunub

İki gün sonra “Bakı” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu gün səfəröncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb: "Allaha şükür ki, 3-cü dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədirsə, elə də mübarizəni davam etdirməliyik. “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edirəm və ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belə ki, kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir.

Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamasına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O, gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail