Şahin Diniyev AFFA-ya etiraz edir

18.02.2014 | 5118 dəfə oxunub

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Bakı “İnter”ində çıxış edən oğlu Coşqun Diniyevə AFFA  İntizam Komitəsinin kəsdiyi 9 oyunluq cəzanı şərh edib. Stadium.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qərarın ədalətli olmadığını deyib : “Bu qərar müzakirəsiz və oyunun diskinə baxmadan çıxarılıb. Gənc futbolçunu 9 oyun futbola həsrət qoymaq olmaz. Bəzi legionerlər bundan da betər hərəkətlərə yol verdikləri halda, xırda cəzalarla qurtulurlar. Amma gənc azərbaycanlı futbolçunu uzun müddətə kənarlaşdırırlar. Mənim qərardan şikayət etməyə hüququm yoxdur, amma güman edirəm ki, “İnter” apellyasiya verəcək”.  

Coşqun Diniyev əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXI turunda “Simurq”la oyun zamanı baş vermiş davanın səbəbkarı sayılıb. Qərarda bildirilir ki, gənc futbolçu matçın 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. İnsident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib. Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə sərt cəzalandırıb və “İnter” 2500 manat cərimələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail