"İtaliya, Xorvatiya və Bolqarıstan belə, Azərbaycana qiymət verməsə..." MÜSAHİBƏ

25.02.2014 | 4047 dəfə oxunub

Beş il Bakı "İnter"inin formasını geyinmiş Petar Zlatinov Stadium.az-a müsahibə verib. Bolqar yarımmüdafiəçi hazırda ölkəsində çempionluq uğrunda mübarizə aparan "Liteks"də çıxış edir.

- Petar işlərin necə gedir?

Pis deyil.

- Çempionluq uğrunda oynayırsınız...

Elədi. İkinci pillədəyik. “Ludoqoretz” bizi bir xal qabaqlayır. Çalışacağıq ki, onları qabaqlayaq. Martda davm edəcək çempionatımız.

- Səndən AÇ-2016-nın H qrupu haqda suallar vermək istəyirdim...

- Buyur.

- Yəqin ki, bilirsən Boqlarıstanla Azərbaycan yığması eyni qrupda yer alacaq?

- Əlbəttə bilirəm. Amma oyun hələ sentyabrdadı. Görün ona kimi nə qədər vaxt var.

- Ümumi qrup haqda fikrin necədi?

- Çox çətin qrupdu. İtaliya yığması açıq-aşkar favoritdi.

- Çoxları xorvatları ikinci pillədə görür. Razısan?

- Yox razı deyiləm. Xorvatlarla yanaşı Norveç və Bolqarıstan da ikinci pillə üçün oynayacaq.

- Azərbaycan yığmasını heç yuxarı pillələrdə görmürsən?

- Yox Azərbaycan yığmasını unutmaq olmaz. Sizin yığmanız da üçüncü pillə üçün oynaya bilər. Sadəcə baxır, necə başlamaqlarına. Start necə verilsə, ardı da o cür gələcək.

- Elə ilk görüşümüz Bolqarıstana qarşıdı. Hansı yığmanın şanslarını yüksək görürsən?

- Bakıda bütün millilər üçün çətin olacaq. İtaliya, Xorvatiya və Bolqarıstan belə, Azərbaycana qiymət verməsə, özləri üçün problem olar. Hər halda Bakıdaki görüşdə bizimkilərin qalib gələcəyinə inanıram.

- Luboslav Penevlə münasibətin var?

- Bir-birimizi tanıyırıq.

- Beş il Azərbaycanda oynadığına görə, bizim futbol haqda çox şey bilirsən. Penevə məlumat verməyi düşünürsən?

- Yox, mənim nəyimə lazımdı Azərbaycan haqda məlumat verim Penevə? Onsuzda rəqibin oyunlarına baxan məşqçilər var millidə. Onlar öz analizlərini edəcəklər.

- Penevə nəsə deyəsi olsan, hansı oyunçumuzdan qorunmalarını deyərdin?

Bütün komandadan qorunmaq lazımdı. Komanda bir oyunçudan ibarət deyil. Azərbaycan Bakıda yaxşı çıxış edir və bütün rəqiblərə problem ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail