Milinko Pantiç nələr danışdı?
"Sumqayıt"la görüş tələyə düşəcək bir oyundur. Belədə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib “Neftçi”ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədi. Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm".
Stadium.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.
Topaz Premyer Liqanın 24-cü turunda evdə "Sumqayıt"ı qəbul edəcək "Bakı"nın serbiyalı çalışdırıcısı komandasının sonadək döyüşdüyünü bildirib: "Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Beləcə komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək”.
Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sabah, saat 14:00-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |