Ən aşağı balı Vüsal Əliyev aldı - XAQANİ MƏMMƏDOV BALARI AÇIQLADI
«Het-trik news» ötən sayından etibarən Premyer Liqada təyinat almış hakimlərin idarəçiliyi ilə bağlı ekspert fikirlərini dərc etməyə başlamışdı. Hakim inspektor, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev 22-ci turda hakimlərin işinə qiymət vermişdi. 23-cü turda da hakimlərin işini qiymətləndirmək üçün Əfqan müəllimə müraciət etdik.
“Qəbələ” – “Rəvan” 0:0
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev
Bildiyiniz kimi oyun gərgin keçdi, maraqlı bir qarşılaşmanı izlədik və sonda “Rəvan” layiq olduğu 1 xalı qazandı. Hakimliyə gəlincə, təyin etdiyi penaltilərin hər ikisi düzgün idi. Hətta 1-ci hissədə bir epizodda “Rəvan”ın futbolçusu cərimə meydanında yıxıldı və ilk anda adamda belə bir təəssürat yarandı ki, qayda pozuntusu var. Videotəkrara da baxanda aydın görünür ki, müdafiəçi topa oynayıb və hakim penalti təyin etməməklə düzgün addım atıb. Amma Elvinin oyunun yekun nəticəsinə təsir edə biləcək səhvi də var idi. Oyunun sonlarına yaxın “Rəvan”ın qapısına 3-cü penaltini də təyin etməli idi. Bundan başqa ilk penalti epizodunda qaydanı pozan müdafiəçini meydandan qovmalı idi. Nədənsə, sarı vərəqə göstərməklə kifayətləndi. “Rəvan”ın qapıçısı Sapelaya göstərdiyi qırmızı vərəqəyə gəlincə, burada Elvin Əsgərov düzgün qərar qəbul etmişdi. Lukaş bu hərəkətinə görə meydandan həqiqətən qovulmalı idi.
Qiymət – 7,5 bal
“Qarabağ” – “Simurq” 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov
Artıq bir neçə oyundur ki, Fariz yüksək idarəçiliyi ilə yadda qalır. Bu oyunda da ciddi bir səhvə yol vermədi. Yalnız 1-ci hissədə bir epizodda “Qarabağ”ın lehinə üstünlük prinsipinə əməl etmədi və qayda pozuntusu qeydə aldı.
Qiymət – 8,4 bal
“Sumqayıt” – “Neftçi” 2:0
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov
Bu mövsüm Raufun ən yaxşı idarəçiliyinin şahidi oldum. 90 dəqiqə boyünca elə bir ciddi səhvə yol vermədi, futbolçuların mübarizə aparmasına şərait yaratdı. 1-ci hissənin 18-ci dəqiqəsində top cərimə meydançasında “Neftçi”nin futbolçusunun əlinə dəydi və çoxları düşünür ki, həmin epizodda penalti təyin olunmalı idi. Bir qədər sonra eynilə bu epizodun bənzəri baş verdi. Amma bu dəfə top “Sumqayıt”ın futbolçusu Samir Abbasovun əlinə toxundu. Hər iki epizodda top əli tapmışdı. Qaydalara deyilir – əgər topa əli ilə müdaxilə olarsa, hakim cərimə zərbəsi təyin etməlidir. Burada isə əl ilə oyun yox idi, sadəcə yaxın məsafədən endirilən zərbə futbolçuya dəyərək istiqamətini dəyişmiş və ələ toxunmuşdu. Bizim futbol adamlarının əksəriyyəti elə bilir ki, top cərimə meydançasının daxilində ələ dəyirsə, penalti olmalıdı. Topun ələ dəyməsi həmişə cərimə zərbəsinə səbəb ola bilməz.
Qiymət – 8,4 bal
AZAL – “Xəzər Lənkəran” 2:2
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov
Əliyar Ağayev ən istedadlı hakimlərimizdən biridir. Statistikaya nəzər salsaq, birincilikdə ən çox o təyinat alıb. Özü də çox vaxt çətin görüşlərə hakim təyin olunub. Bu qədər oyun idarə etmək psixoloji cəhətdən yüklənməyə səbəb ola bilər və nəticə hakim səhv edə bilər. Amma buna baxmayaraq, Əliyar bu matçı da yüksək səviyyədə idarə etdi. Bir epizodda AZAL-ın futbolçusu rəqibi kobud şəkildə itələdi, amma Əliyar qarşısını futbolçu kəsdiyindən qayda pozuntusunu qeydə almadı. Əlavə olunmuş dəqiqələrdə verdiyi penalti qərarı müzakirələrə səbəb olsa da, həmin epizodda hakim səhv etməmişdi. Əslində orada qayda pozuntusu 50-50-yə idi. O qədər də kobud oyun olmamışdı. Penalti vermək də olardı, verməmək də. Amma Əliyar qaydalara söykənərək 11 metrlik cərimə zərbəsi təyin etdi və bu qərara görə qınanmalı deyil.
Qiymət – 8,3 bal
“İnter” – “Bakı” 1:1
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov
Turun ən maraqlı qarşılaşması idi. Rəhim Həsənov işinin öhdəsindən artıqlaması ilə gəldi. Oyundan sonra tərəflərdən heç biri hakimliklə bağlı hər hansı bir irad bildirmədilər. Hər bir hakimin oyun ərzində nəticəyə təsir etməyən metodiki səhvləri olur. Ümumilikdə, həmin matçda hakimlik yüksək səviyyədə oldu.
Qiymət – 8,4 bal
Cümə günü keçirilən 24-cü turun oyunlarında hakimlik etmiş referilərin qiymətləndirilməsini isə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov üzərinə götürdü:
“Neftçi” – “Qarabağ” 1:4
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov
Özünüz də gördünüz ki, gərgin oyun keçdi. Xeyli sayda hakim səhvləri oldu. Oyunun 18-ci dəqiqəsində “Qarabağ”dan Riçard Almeyda meydandan qovulmalı idi. Amma Vüsal Əliyev ona heç xəbərdarlıq da etmədi. “Neftçi”dən isə Erik Ramosu “fərqləndirə” bilərəm. Bir neçə epizodda qırmızı vərəqə almalıydı. Bir epizodda hakim qayda pozuntusunu görmədi və görə də bilməzdi. Qayda pozuntusu künc bayrağı yaxınlığında baş vermişdi və oradan xeyli aralıda idi. Araz Abdullayevin meydandan qovulmasına gəlincə, fikrimcə, hakimlər oyunun ruhuna uyğun olaraq xəbərdarlıqla kifayətlənə bilərdilər. Amma hakim sırf qaydalara söykənərək qırmızı vərəqəyə əl atdı.
Qiymət – 7,7 bal
Xaqani müəllim bu oyunda Vüsal Əliyevlə yanaşı birinci köməkçi Yaşar Abbasovun da mübahisəli epizodlara aidiyyatına əsas gətirərək onun idarəçiliyini 7,7 balla qiymətləndirdi. Digər köməkçi Mübariz Haşımovun qiyməti isə 8,4 baldır.
Bundan başqa komitə sədri Arazın meydandan qovulduğu epizodda qeydə alınmayan qola və Almeydanın sonradan cəzalanıb-cəzalanmayacağına da münasibət bildirdi: “Qaydalara görə meydandan qovulan futbolçu nəinki meydanı, ora bitişik olar ərazini də tərk etməlidir. Bu halda oyun davam etdirilə bilər. Hakimlər proseduru axıra kimi davam etdirməli idilər. Buna görə qolun qeydə alınmaması qaydalar çərçivəsində idi. Almeydaya gəlincə isə, Nizam-İntizam Komitəsi o zaman futbolçunu cəzalandıra bilər ki, hakim həmin epizodu görməsin. Həmin epizodda isə Vüsal Əliyev qayda pozuntusu qeydə almışdı və bu üzdən cəzadan söhbət gedə bilməz”.
“Simurq” – “Qəbələ” 0:0
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev
Çempionatda həm oyun, həm də hakimlik baxımdan ləzzət aldığım az oyunlardan biri idi. Əliyarın idarəçiliyinə söz ola bilməzdi. Oyundan sonra kənar şəxslərin hakimlər otağına daxil olması qaydalara ziddir. Amma “Qəbələ”nin baş məşqçisi Yuri Syomin istisna kimi icazə alaraq yüksək idarəçiliyə görə refenrilərə şəxsən təşəkkür edib.
Qiyməti – 8,5 bal
“Xəzər Lənkəran” – “İnter” 1:1
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nihad Əliyev
Meydan sahiblərinin qapısına təyin olunan penalti doğru qərar idi. Bundan başqa 2 epizodda var ki, mübahisəyə səbəb oldu. Onlardan birində “Xəzər Lənkəran” penalti tələb edirdi. Amma əbəs yerə, qayda pozuntusu yox idi və Elvin düzgün qərar vermişdi. Digər halda isə qonaqlar topun meydan sahiblərinin futbolçusunun əlinə dəydiyini əsas gətirərək penalti tələb etdilər. Həmin epizodda lənkəranlıların müdafiəçisi topu uzaqlaşdırmaq istəyərkən top komanda yoldaşının ayağına toxunduqdan sonra əlinə dəymişdi. Başqa sözlə, top əli tapmışdı. Nəhayət, oyundankənar vəziyyətdə vurulan qolun qeydə alınmaması da düzgün qərar idi. Həqiqətən ofsayd var idi. Düzü, Elvindən belə idarəçilik gözləmirdik, işinin öhdəsindən artıqlaması ilə gəldi.
Qiyməti – 8,4 bal
“Bakı” – “Sumqayıt” 0:0
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev
Nomal idarəçilik oldu. Hər iki klubun nümayəndələri hakimlərdən razı qaldılar. Oyunda bir dəfə qırmızı vərəqə göstərildi ki, bu da yerində atılmış addım idi.
Qiyməti – 8,4 bal
“Rəvan” – AZAL 1:0
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov
Oyunda 3 futbolçunun meydandan qovulmasına baxmayaraq, hakim bütün epizodlarda düzgün qərar qəbul etmişdi. Hər iki komandanın baş məşqçisi hakimlikdən razı qaldı.
Qiyməti – 8,3 bal
“Het-trik news”
P.S. Dünən hakim Orxan Məmmədovun toyu oldu. Gənc referi subaylığın daşını atdı. Bu munasibətlə Orxanı təbrik edir, həm futbol meydanında, həm də ailə həyatında həmişə düzgün qərarlar verməyi arzulayırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |