"Rəvan" "Xəzər Lənkəran" üçün başladı

04.03.2014 | 2212 dəfə oxunub

Topaz Premyer Liqasının 25-ci turunda "Xəzər Lənkəran”la qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb. Stadium.az xəbər verir ki, AZAL ilə oyundan sonra 2 gün istirahət edən komanda üzvləri bu gün yenidən bir araya gəlib. Səhər məşqi əsasən fiziki hazırlığa həsr olunub. Axşam məşqi isə taktiki-texniki hazırlıq üzərində qurulub. Komandanın bütün üzvləri məşqdə iştirak edib. Tyaqo Mirasemanın zədəsini sağaltması da məşqçilər korpusunu sevindirir. Qeyd edək ki, bugünkü məşqdə yeni futbolçu da iştirak edib. Belə ki, Slovakiya millisinin yarımmüdafiəçisi Kamil Kopunek artıq komanda ilə birgə məşqə çıxıb. Slovakiya millisinin heyətində 17 oyuna çıxaraq 2 qol vurmuş 29 yaşlı yarımmüdafiəçi Trnava "Spartak”ının yetirməsidir və karyerasının böyük hissəsini məhz elə bu klubda keçirib. Son klubu "Slovan” (Bratislava) olan Kopunekin İtaliya A Seriyasında (Bari) çıxış etdiyini də vurğulayaq. Onunla münasibətlər yaxın günlərdə rəsmiləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

06.06.2020

13:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.06.2020

18:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.06.2020

02.06.2020

01.06.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ