AFFA Araz Abdullayevin qırmızı vərəqəsini ləğv etdi

04.03.2014 | 5522 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Neftçi” – “Qarabağ” matçının 62-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Araz Abdullayevə aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı aqressiv oynamadığı  və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Araz Abdullayevə göstərilmiş qırmızı vərəqəni ləğv edib.

Hakimlər Komitəsinə matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat verməyi tapşırıb.

Oyunun 1-ci dəqiqəsində “Qarabağ”ın, matçın 62-ci dəqiqəsində isə “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klublar 2000 manat cərimə olunub.

“Bakı” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nodar Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Rəvan” – AZAL matçının 46-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Cəmşid Məhərrəmov  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində AZAL-ın futbolçusu Joze Junior Ailton  sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Viktor İqbekoyi  idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail