Yuri Syominin sözü qurtardı, başladı "daley-daley" deməyə: "Haqqımızda olmayan şeyləri yazırlar"

30.03.2014 | 4162 dəfə oxunub

“İki fərqli hissə izlədik. Hava şəraiti oynamaq üçün uyğun deyildi. İlk hissədə bərabər oyun getdi, ikinci hissənin əvvəlində isə buraxdığımız qol oyunumuza təsir etdi". Stadium.az bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Qarabağ"la oyundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib. Rusiyalı mütəxəssis hakimin bəzi qərarlarından narazı olduğunu bildirib: "Hakimlər Komitəsindən ikinci qolun necə vurulmasına baxmalarını xahiş edirəm. Yəqin ki, hərəkətdə olan topla oyunu başlamaq və oyundankənar vəziyyətdən qol vurmaq olmaz. Buna görə də oyunun hakimlərinə iradım var. Xüsusi ilə də yan xətt hakimlərindən narazıyam". 

Syomin komandasının son vaxtlar uğursuz çıxışlarından danışıb, mətbuatı "Qəbələ" haqda düzgün olmayan yazılar yazmaqda günahlandırıb: "Qarşıda, demək olar ki, bütün dövrə var, ölkə kubokunda yarımfinaldayıq. Hələ heç nə məlum deyil. May ayında mövsümə yekun vurulanda danışacağıq. “Qəbələ” hal-hazırda KİV-də çox müzakirə olunur. Hamı yalnız neqativ halları axtarır. Haqqımızda olmayan şeyləri yazırlar. Guya rəhbərlik mənə dəstək olmur. Rəhbərlik mənə tam dəstək verir. Təbii ki, bugünkü nəticə heç kimi qane edə bilməz. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Vəziyyətimiz çətin ola bilər, lakin bunun öhdəsindən gələcəyik. Komandada futbolçular arasında yaxşı münasibət var, heç bir problem yoxdur. Bəzən qeyri-obyektiv yazılar getdiyi üçün mətbuatla ünsiyyəyə qadağa qoyuruq. Ondansa “Qəbələ”nin oyunlarındakı hakimlikdən yazın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail