Qurban Qurbanov "Qəbələ"ni darmadağın etmələrindən danışdı

30.03.2014 | 3459 dəfə oxunub

Topaz Prmeyer Liqanın 28-ci turunda bir qədər əvvəl başa çatan "Qarabağ" - "Qəbələ" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov görüş haqda (3:0) fikirlərini bildirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularının rəqibdən daha istəkli olduğunu və buna görə layiqli qələbə qazandıqlarını deyib: "Təbiətdə pis hava olmur, maraqlı oyun oldu, meydanda mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi, vacib qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm, sona kimi bizi dəstəklədilər, biz də onları sevindirdik".

O, ardıcıl qələbələrə baxmayaraq komandasının arxayınlaşmadığını, əksinə daha məsuliyyətli olmağa çalışdığını qeyd edib: "Bizim çempionatda məğlub olduğumuz, heç-heçə etdiyimiz oyunlar da olub. Bəzən sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xal ala bilər. Futboldur, sürprizlər ola bilər. Hər qələbədən sonra rəqiblər bizə qarşı daha ciddi oynayır. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail