Azərbaycanlı Avropa Çempionatında gümüş medalla kifayətləndi

04.04.2014 | 3461 dəfə oxunub

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Stadium.az xəbər verir ki, çempionatın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparıb. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunacaqdılar. Amma Nadya Sementsova mübarizəyə başlamadan AÇ-dən kənar qalıb. 74 kq-da yarışan Cəbrayıl Həsənov 1/8 finalda Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. İsveçrəli Stefan Reyxmutla görüş də Həsənov üçün asan keçib - 11:1. Yarımfinalda Söner Demirtaşı da "təmiz qələbə" ilə keçən güləşçimiz adını finala yazdırıb. Həlledici görüşdə Həsənov rusiyalı Ənvər Qeduyevlə qarşılaşıb. Lakin təəssüf ki, pəhləvanımız uğurlu çıxışını bu görüşdə davam etdirə bilməyib və gümüş medalla kifayətlənib.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov isə 1/8 finalda Dmitri Mixaylovu (Latviya) mübarizədən kənarlaşdırıb - 10:0. Lakin 1/4 finalda gürcüstanlı David Modzmanaşvili ilə görüş Cəmaləddin üçün uğursuz alınıb və güləşçimiz 2:5 hesabıyla uduzub. Gürcüstan təmsilçisi də yarımfinalda məğlub olduğundan Məhəmmədov çıxışını başa vurub.

69 kq-da yarışmalı olan Nadya Sementsova ayağında ağrılar olduğundan Svetlana Saenko (Moldova) ilə görüşə çıxmayıb və AÇ-də mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Azərbaycan yığması AÇ-2014-də artıq 4 medal qazanıb. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq) və Xetaq Qazyumov (97 kq) gümüş medala sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail