Mustafa Dənizlidən Mançiniyə məsləhət

07.04.2014 | 3887 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə superliqasında dünən baş tutan "Qalatasaray" - "Fənərbaxça" matçını (1:0) şərh edib.

"Matç başlamadan öncə gərginliyin psixoloji səbəblərdən olacağını zənn edirdim. Amma oyunu izləyən vaxt gördüm ki, bu gərginlik mikrob kimi bütün futbolçulara bulaşıb. Derbi tarixində hər iki komandanın oyunçularının bu qədər nəzarətsiz oynadığı matçlar az olub. "Fənərbaxça" ilə "Qalatasaray" arasında xal fərqi çox olduğu üçün bu, çempionluq oyunu deyildi. Əgər elə olsaydı, qarşılaşma daha da gərgin keçərdi.

Əmrə Bəlözoğlu qırmızı vərəqə ilə cəzalandırılaraq "Fənər"i azlıqda qoysa da, matçda heç nə dəyişmədi. Bunun iki səbəbi var. Birincisi, "Qalatasaray" yenə də iki hücumçu ilə oynamağa davam etdi.  İkincisi, bu qırmızı vərəqə "Fənərbaxça"nın sanki lehinə oldu. Fiziki cəhətdən daha güclü olan meydan sahiblərinin oyunçuları -Topal və Meyreleş Melo və Səlçukdan daha yaxşı oyun nümayiş etdirdi. Emenike isə üç futbolçuya qarşı çıxış etdi".

Türkiyəli çalışdırıcı "Qalatasaray"ın baş məşqçisi Roberto Mançiniyə məsləhət verməyi də unutmayıb: "Qalatasaray" Aleks Tellesi daha irəlidə oynatmalıdır. O, ən yaxşı pressinq edən, ötürmələr verən oyunçulardan biridir. Bunu mütləq dəyərləndirməldirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail