Yuri Syomin: "Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi"

16.04.2014 | 3480 dəfə oxunub

"Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Xüsusən də qol vurduğumuz epizodlarda. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Xəzər Lənkəran"la kubok matçından (3:0) sonra keçirilən mətbuat konfransında deyib.  

Rusiyalı mütəxəssis komandasının ilk hissə ilə müqayisədə ikinci yarıda daha yaxşı təsir bağışladığını bildirib: "Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. “Qarabağ”la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq.  Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmırdı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail