Güvənc Kurtar bəhanələr gətirdi VİDEO

24.04.2014 | 4638 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyununda “Rəvan”ı 3-1 hesabıyla “Neftçi”yə məğlub olaraq ölkə kubokunun finalına vəsiqə qazana bilmədi. Stadium.az xəbər verir ki, “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar məğlubiyyət barədə belə danışıb: “Neftçi” klubunu qələbə ilə təbrik edirəm. Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olduğu üçün oyun üslübumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasa idi oyun başqa cür alınardı. İlk oyunda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1-2 olanda bir neçə real qol imkanından yararlana bilmədik. Futboçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat oyunlarına çox fikir vermədik. Liqa və kubok oyunlarına fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudur, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail