"İnter" "Xəzər Lənkəran"la matçın statistik göstəricilərini açıqladı

29.04.2014 | 2255 dəfə oxunub

Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilmiş “İnter”-“Xəzər Lənkəran” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə yadda qaldı. Stadium.az statistikanı diqqətinizə çatdırır:
Ard-arda 6 qələbə
Bu görüşdə “İnter” ard-arda 6-cı qələbəsini qazandı. Komandamızın qələbə seriyası 27-ci turda “Qəbələ” üzərində 1:4 hesablı qələbəylə başlamışdı. Sonra “İnter” doğma divarlar arasında “Rəvan”ı(3:0), səfərdə “Simurq”u (0:1) məğlub etmiş, “Şəfa”da  “Neftçi” ni(1:2) məğlubiyyətə uğratmış, “Bakı” ilə səfər oyunundan 0:4 hesablı qələbəylə dönmüş və son olaraq da “Xəzər Lənkəran”ı 3:0 hesabıyla yenmişdi. Bütün bu 6 oyunda “İnter” rəqiblərinin qapısında ümumildə 19 top keçirdi, qapısındasa cəmi 2 qol gördü. Cari mövsümdə 7 ard-arda ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur.  Bu nəticəni təkrarlamaq üçün “İnter”ə cəmi 1 oyunda qalib gəlmək lazımdır.
Arif 16-cı oldu
“Xəzər Lənkəran”la matçın 4-cü dəqiqəsində fərqlənən Arif Daşdəmirov cari Premyer Liqada qol vurmaq müyəssər olmuş sayca 16-cı futbolçumuz oldu. Cari mövsümdə “İnter”in heyətində Vaqif Cavadov, Baçana Tsxadadze, Matiya Şpiçiç, Mikel Alvaro, Aleksandr İaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Ruslan Əmircanov, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Slavço Georgiyevski, Diyeqo Madriqal, Asif Məmmədov, İlqar Ələkbərov və Bryus Abdulaye fərqləndilər.
13 matç sıfır
“Xəzər Lənkəran”la oyunda qol buraxmamaqla “İnter” oyunda qol buraxmadığı matçların sayını 13-ə çatdırdı. 13 oyunda “İnter” 11 qələbə qazandı və yalnız 2 görüş qolsuz bərabərliklə başa çatdı. Yeri gəlmişkən, “Xəzər Lənkəran”la keçirilən 4 matçda komandamız qapısında cəmi 1 qol gördü və qalan 3 matçda qapısını toxunulmaz saxlamağı bacardı.
5-ci böyükhesablı qələbə
“Xəzər Lənkəran”la matçda “İnter” cari çempionatda sayca 5-ci böyükhesablı qələbəsini qazandı. Belə ki, komanda iki dəfə “Rəvan”ı məğlub etmişdi: səfərdə 1:5, doğma stadiondasa 3:0. Bundan başqa, "İnter" səfərdə “Qəbələ”ni 4:1, “Bakı” komandasınısa 0:4 hesabıyla yenmişdi.
(Klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ