Aleksandr Pavlenko:" Biz qələbə qazanmaq istəyirdik"

10.07.2011 | 4986 dəfə oxunub

"Mən elə başa düşdüm ki, birinci hissədə sizin komandanızın heyətində əsas futbolçular oynadı, fasilədəsə onların yerinə yeni futbolçular və yaxın ehtiyat üzvləri meydana daxil oldular".Stadium.Az xəbər verir ki, bu sözləri Rusiyanın "Terek" klubunun yarımmüdafiəçisi Aleksandr Pavlenko deyib.

O, Türkiyədə keçirilən təlim-məşq toplanışında olan Bakının "İnter" komandası ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Pavlenko təmsilçimizin saytına danışıb: "Bunu oyunun gedişindən də başa düşmək olar. Birinci hissədə bərabər səviyyəli oyun getdi, lakin "İnter" yaradılan qol fürsətindən yararlana bildi, biz isə yox. Amma ikinci hissədə biz təşəbbüsü əla aldıq. Demək istərdim ki, oyunun yoldaşlıq statusu daşımasına baxmayaraq, biz qələbə qazanmaq istəyirdik. Etiraf edim ki, Azərbaycan çempionatını izləmirəm, lakin bununla belə, əminliklə söyləyə bilərəm ki, "İnter" ölkənizin ən güclü klublarından biridir. Görünür ki, "İnter" çox təcrübəli komandadır. Mənim fikrimcə, sizin komandanız növbəti mövsümdə ötən mövsümə baxanda daha yaxşı çıxış edəcək və fürsətdən istifadə edib "İnter"ə gələcəkdə uğurlar arzulayıram. Əlavə etmək istərdim ki, mən Moskvanın "Spartak" klubunda birgə çıxış etdiyim Valeri Abramidze və Georgi Lomayanı görməyə çox şad oldum. Onlar mənə Azərbaycan futbolu barədə məlumat veriblər".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail