Mustafa Dənizli: "Heç mənim istefa verdiyimi görmüsünüz?"

15.05.2014 | 3743 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli bu gün mətbuat konfransı keçirdib. Stadium.az apasport.az saytına istinadən mətbuat konfransında baş verənləri sizə təqdim edir
 
“Toplantıya başlamazdan öncə sizi Türkiyədəki bədbəxt hadisə ilə bağlı 1 dəqiqəlik sükuta dəvət edirəm. Bu arada AFFA-nın çempionatda sükutla başlamasına görə də onlara təşəkkür edirəm. Mən həmişə belə mətbuat konfransları ilə bağlı mövsümü bitirirəm”.
 

Mətbuat konfransı keçirən türkiyəli çalışdırıcı “Xəzər Lənkəran”da gördükləri işlərlə bağlı fikirlərini açıqlayıb: “Burdakı işim ilk yarının sonuna doğru gerçəkləşdi. O gün komandanın çempionluq iddiası yox idi. Çünki 8-ci sırada idi. 15 matçda 15 xalı vardı. Mübariz Mənsimov və Mais Mənsimov bizi bura dəvət edərkən, kubokdan Avropaya getməyi düşünmüşdük. Çempionatda xalların itkisini sığortalamaq olsa da, kubokda belə deyil. “Qəbələ” ilə görüşlərdə komandamız yaxşı vəziyyətdə deyildi. Cavab matçında mövsümün bəlkə də ən yaxşı oyununu keçirsək də, əks-hücumdan buraxdığımız qolla ümidlərimizi itirdik. Həm tərəfdarımız və həm də İdarə Heyəti bizə hər cür dəstək verdi. Düşündüklərimizin və ya gözlədiklərimizi reallaşdıra bilmədik. Bunu etiraf etmək lazımdır”.

 

Dənizli bildirib ki, “Xəzər Lənkəran” ən çox yerli futbolçu problemi yaşayan komandadır: “Mən yerli oyunçuların siyahısını rəhbərliyə təqdim edəcəm. Bəlkə xaricdən yalnız bir futbolçu aldıq. Bizdə müqaviləsi bitən futbolçular var. Önümüzdəki mövsümün başlanma tarixi bəlli deyil. Qısası, düşündüklərimizin bir az gerisində qaldıq. Mən iddialı bir məşqçi olmuşam. Bu mövsüm bu yarışın kənarında qalmaq məni çox məyus etdi. Hələ də məyusluq içindəyəm. Bizə azarkeşlərimiz və rəhbərlik də dəstək verib. Sadəcə, qısa müddətdə şanslarımızdan yararlana bilmədik. Mətbuatda tənqid olunmağımızı normal qəbul edirəm. Bu, sizlərin işidir. Bizi yerli və yersiz tənqid edən mətbuat nümayəndələrinə təşəkkür etmək istəyirəm”.

 
- Ölkəmizə gələndə asanlıqla kuboku qazanacağınızı düşünürdünüz. Amma gördünüz ki, belə bir şey yoxdur...
- Mən bura gələndə “Xəzər Lənkəran” 8-ci idi. İndi “Qarabağ”ın 68 xalı var. Gəldiyim gündən bütün qarşılaşmalarda qazansaydıq, 75 xalımız olacaqdı. Anlaşmamızda kuboku qazanmaq vardı. Yoxsa mən çempionatda heç bir iddiası olmayan komandanı çalışdırmazdım. 

- Azarkeşlər son vaxtlar sizə qarşı küskündürlər. Siz gəldikdən sonra onların sayı azalıb...
- Doğru deyirsiniz. Onlar bizə evdə və səfərdə bütün dəstəyi verdi. Amma biz onlara lazımi dəstəyi verə bilmədik.

 - “Simurq”la səfər matçında Zaqatalaya getmədiniz. Futbolçuların yanında olmamağınız düşünmürsünüz ki, onlara mənəvi dəstəyi əsirgəyirsiniz?
- Oğuz Çətin burdadır. Mənim xəstəliyim vardı. Həmin vaxt başqa matçı izləməli, yerli oyunçularla maraqlanmalı idim. Əlimdə siyahı vardı. Onları canlı görmək istəyirdim. Vaxt azdır. Həmin oyunçular burda olmaya da bilərdi.

 - Oğuz Çətinin olduğu matçlarda komanda uduzmayıb. 4 oyunda 3 qələbə, 1 heç-heçə qeydə alınıb. Necə fikirləşirsiniz, bəlkə siz futbolçulara qarşı sərt olduğunuzdan, onun nəticələrini təkrarlaya bilmirsiniz...
- (Gülür) Onunla aramızı vurmayın. Bu, bir statistikadır. Biz mövsüm ərzində iddialı komandaları da məğlub etmişik. Mən də bəzən futbolçularla zarafatlaşıram. Amma həmişə də yumşaq olmaq olmur. Bəzən nizam-intizam ön planda durmalıdır. Sadəcə, mövsümün sonu olduğundan, iddiasız komandalarla qarşılaşdıq.

- Rəhbərlik hesabatınızı qəbul etməsə, istefa verəcəksiniz?
- Heç mənim istefa verdiyimi görmüsünüz? Həmişə müqaviləm bitib, ayrılmışam. Almaniyada ayrılmağım da müqavilə ilə bağlıdır.
 
- Mübariz Mənsimovla görüşünüz uzun çəkdi. O, sizi qəbul etmək istəmirdi?
- Mübariz bəy xaricdə idi. Mənim ora getməyim şəxsi məsələlərimlə bağlı idi. Onunla telefonda da danışa bilərdim. Sadəcə, getmişkən onunla görüşməyi istəyirdim.

 
- Komandadan kimlər gedəcək?
- Qışda 4 azərbaycanlı futbolçu istədik, amma alınmadı. Səbəblərini bilirəm. O zaman bizdə 4 dənə 21 yaşadək futbolçumuz vardı. Bu isə az rəqəmdir. Bu gün heyətdən kimisə göndərmək üçün kimisə almaq lazımdır.

- Maaşlar verilməməsi nə ilə bağlıdır?
- Gecikmə ola bilər. Ən qısa zamanda bu məsələ yoluna qoyulacaq.

- “Rizəspor”un prezidenti demişdi ki, Mustafa Dənizlini saxlasaydıq, klubun büdcəsini dağıdardı. İndi həmin hal “Xəzər Lənkəran”da yaşanır...
- Türkiyədə hər qələbəyə görə klub 450 min dollar pul alır. Liqada qalarkən 18-19 min qazanır. “Rizəspor” 25 transfer etdi. Hamısının da transferinə çoxlu pul xərclədilər. Mən isə 9 transfer istəmişdim. Yalnız son həftədə aşağı dəstəyə düşməmələri bilindi. Buna da çox sevindim.

- Eliasa çoxlu pul verib almısınız. Amma onu ehtiyatda saxlayırsınız. O zaman onu niyə alırdınız?
- Dediyim kimi, 4 gənc yerli oyunçular almaq istəyirdik. Ancaq yalnız 2 oyunçunu ala bilincə, xaricə üz tutmalı olduq. Elias son günlərdə transferi alınan bir oyunçudur. O, indi zəif çıxış edə bilər. Amma etdiyimiz əcnəbi transferləri gələcəyə hesablanmış transferlərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail