Kaxaber Tsxadadze: “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə"

17.05.2014 | 3285 dəfə oxunub

“Komandaları mövsümün bitməsi ilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür edirəm". Stadium.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının sonuncu turunda AZAL-la oyundan (3:1) sonra deyib. Gürcü mütəxəssis  komandadan getmək istəyənlərə uğurlar arzulayıb:

“Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü matçda əvəzedici heyətin futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər. Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər futbolçular haqqında heç nə deyə bilmərəm. Təbii ki, komandadan futbolçuların getməyi üzücü haldır. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan başqa digər amillər də var. Madriqalı qışda komandaya cəlb etdik, potensialına inanırıq. Sürətlidir, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü göstərəcəyinə inanıram. Flavio Junior və İvo Taborski də komandanı tərk edənlərdəndir. Əsas heyətin 90 faizini saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail