Biabırçılıq: "Neftçi" darmadağın oldu, Arif Əsədov razılıq edir

14.07.2011 | 5574 dəfə oxunub

"Hesabın böyüklüyünə baxmayaraq, biz yaxşı oynadıq". Stadium.Az saytı xəbəbr verir ki, bu sözləri  "Neftçi"nin baş məşqçisi Arif Əsədov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya "Dinamo"suna Zaqrebdəki 0:3 hesablı məğlubiyyətdən sonra deyib. 
O bildirib ki, hazırkı "Neftçi"dən fərqli olaraq, "Dinamo"nun avrokuboklarda böyük təcrübəsi var. Gənc mütəxəssis qapılarında gördükləri qolları belə şərh edib: "Buraxdığımız bütün qollar ən sadə vəziyyətlərdən vuruldu. İlk və son qolları mübahisəli sayıram. İlk qolda ofsayd ola bilər. Üçüncü qolda isə penaltinin təmizliyinə şübhə edirəm. Üstəlik, əminəm ki, "Dinamo"nun oyunçusu simulyasiyaya yol verdi". 

Əsədov cavab görüşündə sonadək vuruşacaqlarını əlavə edib: "Təəssüf ki, biz əldə etdiyimiz imkanları dəyərləndirə bilmədik. Şanslarımızı qorumaq üçün bir qol vurmağımız lazım idi. Lakin hələ cavab görüşümüz var. "Neftçi" sonadək vuruşacaq". 
Cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



  #1   Adınız: AzÉ™rbaycanlı;   E-mail: [email protected]

14.07.2011 15:49

Neftçi niyə uduzdu, çünki dayılarl Ramin Musayev, Əfqan Həmzəyev orada yox idiki, onlara kömək etsin. Ay balam Avropa Railllik,Ruslanlıq, Arif Əsəadovluq deyil və Avropa Azərbaycan deyil.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail