HAFİZ MƏMMƏDOV HEÇ KİMİ ALDATMIR! - "BAKI" HAQDA YAYILAN BANK XƏBƏRLƏRİ YALAN ÇIXDI

10.06.2014 | 7434 dəfə oxunub

Maliyyə çətinlikləri içində çabalayan "Bakı" ilə bağlı ilginc xəbərlər gəlməkdə davam edir. Aylardı futbolçuların maaşını, təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi problemlər var.

Belə ki, "Bakı"nın bəzi futbolçuları yaxınlarda şok xəbərə üzülüb. Klubla müqavilə bağlayarkən 400 min dollarını “Bank Of Azerbaijan” bankına əmanət edən Əfran İsmayılov bu günlərdə hesabında qara qəpiyin də olmadığını bilib. Bu barədə məlumatı futbolinfo.az-ın yaymasını xatırladaq.

Publika.az isə “Bakı”nın daha bir futbolçusu - Elvin Əliyevin də eyni aqibətlə üzləşdiyini iddia edib: "Onun banka depozit kimi yerləşdirdiyi 350 min dolları yoxa çıxıb. Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər. Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə  depozit kimi qoyulmuş vəsaitdən  çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Xüsusilə bankın əlində sənədlər olduqda bu prosedur çox asan həyata keçirildiyindən “kərə yağından tük çəkirlər” kimi idmançıların hesabları sıfırlandırılıb.

Ötən ayadək “Bank Of Azerbaijan”ın Müşahidə Şurasının  sədri Hafiz Məmmədov olub. İş adamının müflis olması ilə bağlı xəbərlər yayılandan sonra onu  bu vəzifədə Mehman İsmayılov əvəzləyib. Bu arada futbolçuların bankdakı pullarının məbləğinin 100 min manatdan yuxarı olması da maxinasiyaya geniş imkan yaradıb. Çünki Əmanətlərin Sığortalanması Fondu 30 min manata qədər yerləşdirilən əmanətləri sığortalayır. Ondan yuxari məbləğ artıq Allahın ümidinə buraxılır. İndi futbolçular kimə müraciət edəcəklərini bilmirlər. Əldə etdiyimiz məlumata görə, vəsiti yoxa çıxan futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Aldığımız ən son məlumata görə, 400 min dollarının bankda yoxa çıxmasından sonra çətin duruma düşən Əfran İsmayılov bahalı maşınını satmaq məcburiyyətində qalıb".

 


Dünən və bu gün mediada gedən başlıqlarla sizi tanış etdik. İlkin təsəvvürünüz olsun deyə. Sportinfo.az tamam fərqli informasiyalar əldə edib. Apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, əslində, nə adları çəkilən, nə də digər yerli futbolçuların bankda hesabı var. Çoxluq ibadət əhli olduğu üçün faizlə əlavə pul qazanmaqdan imtina edib. Sadəcə, ötən ilin yanvarından komandanın maaşları bank vasitəsilə ödənilib.

Həmin tarixdən əlbəəl maaş paylanmayıb, bu proses oyunçuların hər birinə verilən xüsusi kartla yerinə yetirilib. 2013-cü ilin son rübündən başlayaraq ödəmə sistemində dəyişikliyə gedilib. Hesabına vəsait köçürülən futbolçuya 24 saat ərzində ondan yalnız 500 manat götürməyə icazə verilib. Bu ilin əvvəlindən isə məvaciblərin sahiblərinə çatmasında başqa bir problem ortaya çıxıb. Belə ki, bankın fəaliyyətini araşdırmağa gələn audit qrupu yoxlamalar bitənədək əməliyyatların yerinə yetirilməsinə "veto" qoyub. Klubun futbolçuların adından pul çəkməsi iddiası bu səbəbdən əsassızdı. Hafiz Məmmədovun sədrlikdən getməsi isə bankın ondan alınması anlamına gəlməməlidi…



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail