Klublarımızın avrokubok perspektivləri: “QƏBƏLƏ”NİN DEBÜTÜ FİASKOYLA NƏTİCƏLƏNƏ BİLƏR

10.06.2014 | 4313 dəfə oxunub


 

Hazırda bütün dünyanın diqqəti Braziliyaya yönəlib. İyunun 12- bu ölkədə sayca XX dünya çempionatı start götürəcək. Bu gün Azərbaycan millisinin mundialda iştirakı qeyri-real görünür. Elə bu səbəbdən əksər azərbaycanlı futbolsevərlər xarici ölkələrdən hansısa birinin yığmasına azarkeşlik edirlər, dəstəklədiyi komandanın uğuru ilə təsəlli tapırlar. Amma həmin millinin qazandığı qələbənin gətirdiyi sevinc azərbaycanlı azarkeşi 100 faiz təmin edə bilməz. Odur ki, könlününü həqiqətən Azərbaycan futboluna verənlər mundialdan daha çox növbəti avrokubok mövsümünü səzibrisliklə gözləyirlər. Hər il olduğu kimi, bu ildə qitə kubokları öncəsi ümidlərimiz böyükdür. “Neftçinin 2 il əvvəl Avroliqanın qrup mərhələsinə düşməsi, 3 dəfə qrup mərhələsinin bir addımlığında dayananQarabağın bu dəfə Çempionlar Liqasında mübarizə aparmaq gücündə olması hər birimizi ümidləndirib. Hamı bu dəfə klublarımızdan daha uğurlu nəticə gözləyir.

 

Avrokuboklara elə çox vaxt qalmayıb. İyunun 23- həm Çempionlar Liqasının, həm Avroliqanın püşkü atılacaq klublarımızın rəqibləri bəlli olacaq. İyulun 3- isə Avroliqada ilk təsnifat mərhələsinə start veriləcək. “İnterQəbələmübarizəyə qoşulacaq. Ölkə kubokunun qalibi kimiNeftçiqitənin ikinci dərəcəli klub turnirində mübarizəyə ikinci mərhələdə, yəni iyulun 17- başlayacaq. “Qarabağisə Çempionlar Liqasında mübarizəyə iyulun 15-i, ya da 16-da başlayacaq. Göründüyü kimi, vaxt elə çox deyil. “QarabağNeftçinin turnirə hazırlaşmaq üçün 1 aydan bir qədər artıq, “Qəbələİnterin isə daha az vaxtı qalıb. Bəs, görəsən klublarımız qitə kuboklarına necə hazırlaşırlar?

 

İNTERHƏMİŞƏKİ KİMİ BİRİNCİDİ

Klublarımızdan ilk olaraq hazırlığa birinciİnterstart verib. Son illər hazırlığa hamıdan başlayanbankirlərbu dəfə ənənəsinə sadiq qalıb. Komanda artıq bir neçə gündür ki, Türkiyədə hazırlıq keçir. 10 günlük hazırlıq prosesindən sonra vətənə dönəcək Kaxaber Sxadadzenin komandası, daha sonra Avstriyaya üz tutacaq. Orada məqsəd daha çox yoxlama oyunları keçirməkdir. Hazırlıq prosesi baxımındanİnterin işinə peşəkar dərəcədə yanaşdığını görmək mümkündür. Amma komanda transfer baxımından istədiyini hələ ki reallaşdıra bilmir. Belə ki, ötən mövsüm başa çatdıqdan sonraİnteri 8 futbolçu tərk edib. Elhad Nəziri, Flavio Bek, Samir Zərgərov, İvo Taborskinin gedişini faciəyə çevirmək ya ciddi itki saymaq düzgün olmazdı. Amma Matiya Şpiçiç Ruslan Əmircanovun gedişibankirlərüçün böyük itkidir. Aleksandr İaşvili nadir hallarda komandaya xeyir verdiyi halda, kapitan Vaqif Cavadovİnterinvuran ayağıhesab olunurdu. Komandanın bombardiri olan Cavadov, Premyer Liqanın ən sərrast futbolçularının siyahısında da ikinci olmuşdu. Düzdür, Vaqif İaşvilininİnter qalmaq ehtimalı da var. Amma bu məsələ hələ tam həllini tapmayıb. Futbolçuların komandanın hazırlığından kənarda qalması, sonradan düşərgəyə qoşulması avrokuboklarda öz sözünü deyəcək. Qitə kubokları öncəsi 4 aparıcı futbolçunun gedişiİnterüçün böyük itkidir. Bu futbolçuların yoxluğunu unutdurmaq heç asan olmayacaq. Həmin futbolçuların yerinə yeni transferlər edilsə belə, onların komandaya uyğunlaşması üçün zaman lazım gələcək. “İnterbu ana kimi 3 futbolçunu transfer edib. Amma hər kəsə bəllidir ki, “Sumqayıtdan alınan Mirzağa Hüseynpur Məhəmməd Mirzəbəyov bu günİnterə avrokuboklarda fayda verə bilməzlər. Onların keçidi daha çox Premyer Liqa üçün hesablanıb.

Göründüyü kimi, hazırlıq baxımındanİnterişini yüksək səviyyədə görsə , transferlər baxımından eyni sözü demək çətindir. Gedənlərin əvəzinə alınanlardan yalnız Elvin Məmmədovİnterə Avroliqada faydalı ola bilər.

 

QƏBƏLƏNİN DURUMU AĞIRDI

İnterkimi Avroliqada mübarizəyə birinci mərhələdən başlayacaqQəbələnin vəziyyəti daha acınacaqlıdır. Çünki əyalət təmsilçisi nəinki hazırlığa start verib, heç komandanın Avroliqaya kimin rəhbərliyi altında hazırlaşacağı da bəlli deyil. Ölkə kubokunun finalından sonra Yuri Syominlə yollarını ayırması komandaya böyük zərbə oldu. Təcrübəli mütəxəssisin gedişindən sonra klub rəhbərliyi yaxşı məşqçi tapa bilməyib. Vaxt isə dayanmır. İyulun 3- Avroliqada ilk oyununa çıxacaqQəbələturnirə 25 gün qalmasına baxmayaraq, hələ yay yuxusundadır. Baş məşqçi yoxdur, futbolçular isə bir-bir gedir. Omar Kalaban, Yannik Kamanan, Deyan Kelhar, Marat İzmaylov, Dieqo Koşta, Nikola Valentiç, Lorival Assis, Abdulvahid Afolabi, Davron Erqaşev, Elmar Baxşıyev, Amit Quluzadə bu günə kimiQəbələni tərk edən futbolçulardı. Düzdür, onların hamısı heç əsas heyət oyunçusu deyildi. Amma o da faktdır ki, heyətin bir qismi artıq yoxdur. Əvəzində komandaya yalnız Ruslan Əmircanov cəlb edilib. Yeni baş məşqçinin təyinatı, təlim-məşq toplanışı, heyətə yeni cəlb olunan futbolçularbütün bunlar vaxt aparacaq. Üstəlik püşk zamanıQəbələaşağı reytinqli komandalar arasında qərarlaşacaq özündən yüksək reytinqli, yəni daha güclü komandayla qarşılaşacaq. Bütün bunlar isə o deməkdir ki, “Qəbələnin Avroliqada işi çox çətindir bu gedişlə komanda ilk dəfə qatıldığı avrokuboklarla elə ilk mərhələdəcə vidalaşa bilər.

 

NEFTÇİ

HAZIRLIĞA BAŞLADI

İnterQəbələdən fərqli olaraq ölkə kubokunun qalibi olduğu üçünNeftçiAvroliqada mübarizəyə ikinci mərhələdən başlayacaq. Qəribədir ki, mübarizəyə ilk mərhələdən başlayacaqQəbələnəyisə gözlədiyi halda, turnirə ikinci mərhələdən turnirə star verəcəkNeftçiartıq 2 gündür məşqlərə başlayıb. “Neftçiadına bu yaxşı haldır. “-qaralarkubokun digər finalçısından fərqli olaraq işinə ciddi yanaşır. İyunun 12- kimi paytaxtda hazırlıq keçəcəkNeftçi”, daha sonra Türkiyəyə, ardından Avstriyaya yollanacaq.

Heyətə gəldikdə isəNeftçihələlik Bahadır Nasimov Mahir Şükürovla yollarını ayırıb. Əvəzində Julius Vobay icarədən geri dönüb, eləcə braziliyalı Kaue Sesilio da Silva transfer olunub. Yəni, “Neftçinin durumu heç pis deyil. Komanda hücumçu problemini həll edə bilsə, 2 il əvvəl olduğu kimi yenidən avrokuboklarda azarkeşləri sevindirə bilər.

 

ƏSAS ÜMİDİMİZ -

QARABAĞ

Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaqQarabağa ümidlər böyükdür. ÇoxlarıQarabağın nəinki Avroliqada, hətta Çempionlar Liqasında qrupa düşə biləcək gücdə olduğunu hesab edir. Ağdam klubunun ölkə çempionatındakı inamlı oyunu azarkeşləri ümidləndirib.

Qarabağhazırda istirahətdədir. Komanda qarşıdakı günlərdə Bakıda bir araya gələcək, daha sonra isə hazırlıq keçmək üçün Avstriyaya üz tutacaq. Yəni, hazırlıq baxımındanQarabağheç bir problem yaşamayacaq.

Transferlərə gəldikdə isə, mövsüm başa çatdıqdan sonra ölkə çempionu cəmi 2 futbolçuyla vidalaşıb. Komandanı Jaba Dvali Ulrix Kapolonqo tərk edib. Amma hər iki futbolçu əsas heyət üzvü deyil onları Ağdam təmsilçisi üçün ciddi itki hesab etmək olmaz. ƏvəzindəQarabağheyətini bir futbolçuyla gücləndirib. Son olaraq PortuqaliyanınMaritimuklubunda çıxış edən Daniel Leandro Dias heyətə cəlb edilib. Bununla belə, yeni transferlərin olacağı şübhə doğurmur. Klubun direktoru Əmrah Çəlikəl mətbuata verdiyi açıqlamada bir neçə futbolçuyla danışıqlar apardığını söyləyib. Baş məşqçi Qurban Qurbanov isə hər mövqeyə bir futbolçu cəlb etmək istədiyini bildirmişdi. Bu səbəbdən Qarabağın ÇL- mübarizəyə qoşulana kimi bir müdafiəçi bir yarımmüdafiəçi ilə güclənəcəyini düşünmək olar. Lazımı transferlər edilsə, “Qarabağavrokuboklarda nəhayət qrup mərhələsində iştirakını reallaşdıra bilər

ŞAHİN


“Het-trik news”



  #1   Adınız: Nabi ;   E-mail: ---

10.06.2014 15:58

Qarabağa təcili olaraq hücumcu və cinah yarımmüdafiəçiləri
lazımdır.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.08.2019

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi