"Ötən mövsüm bizdə yerli futbolçuların sayı ilə bağlı problemlər var idi" MÜSAHİBƏ

19.06.2014 | 3288 dəfə oxunub

"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatake müsahibə verib. 
 
-    “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Oğuz Çətin oldu..
-    Bilirəm, tətilə yollanmamışdan əvvəl bizə bu barədə demişdilər, lakin məsələ onda tam dəqiqləşməmişdi. Sonra isə rəsmi xəbəri oxudum.

-    Komanda Oğuz Çətinlə uğur qazana biləcək?
-    Bəli, ötən mövsümün son oyunlarına Oğuz Çətinin rəhbərliyi altında çıxdıq və bütün oyunlarda qalib gəldik. Mənim ona inamım böyükdür və əminəm ki, növbəti mövsüm yaxşı nəticələr göstərəcək.

-    Bəzən deyilirdi ki, sabiq baş məşqçi Mustafa Dənizli futbolçulara qarşı çox sərt olurdu..
-    Məncə, belə olması normaldır, axı biz pis nəticələr əldə edirdik. İndi onun haqda danışmaq çətindir, çünki Dənizli ilə yaxşı əlaqələrim var.

-    Yay fasiləsində Rəşad Sadiqov komandaya transfer oldu, Rauf Əliyev isə komandaya keçməyə çox yaxındır. Səncə, bu transferlər komanda üçün xeyirli olacaq?
-    Əlbəttə, onların hər ikis milli komandanın üzvləridir və komanda üçün xeyirli olacaq. Çünki ötən mövsüm bizdə yerli futbolçuların sayı ilə bağlı problemlər var idi. Ümid edirəm hər iki futbolçu növbəti mövsümdən bizim heyətdə olacaq və bizə kömək edəcəklər.

-    2 ardıcıl uğursuz mövsüm geridə qaldı. Növbəti mövsüm üçün hədəflər nədir?
-    Hədəfimiz çox sadədir – qızıl dubl. Yəni həm çempion, həm də kubokun qalibi olmaq istəyirik. İki uğursuz mövsüm kifayətdir. Biz özümə inammalıyıq ki, yaxşı nəticə əldə edək və növbəti mövsüm bunu edəcəyimizə də əminəm. (sportal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail