“Dinamo”ya qalib gəlmək üçün son nəfəsimizə, son qanımıza kimi çalışacağıq”

18.07.2011 | 7028 dəfə oxunub

"Baş məşqçi Arif Əsədovun "Dinamo" ilə oyunda mənə böyük ümidlər bəslədiyini hiss edirəm. Sabahkı görüşdə əsas heyətdə özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam". Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Ruslan Əmircanov bu gün keçirilən mətbuat konfransında deyib. 

26 yaşlı müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununda əsas heyətdə meydana çıxacaq. Komandamızın baş məşqçisi Arif Əsədov səfər görüşündə səhvləri olan braziliyalı Alessandro Vyana da Silvanı milli komandamızın üzvü ilə əvəzləyəcək.

Məşqlərdə böyük səylə çalışdığını deyən Ruslan ona düşən şansdan maksimum istifadə etmək fikrindədir: "Meydanda ən yaxşı keyfiyyətlərimi göstərməyə çalışacağam. Əsas heyətdə yer almaq böyük məsuliyyətdir və buna özümü hazır sayıram. Komandamızın lazımı nəticə əldə etməsi üçün əlimdən gələni edəcəyəm. Bu oyunla əsas heyətdə yerimi qaytarıb, möhkəmlənmək istəyirəm. Baş məşqçimizin etimadını doğrultmaq istəyirəm".

Əmircanovun sözlərinə görə, Xorvatiya paytaxtında böyük hesablı məğlubiyyətdən sonra psixoloji durumlarını yüksəltməyə çalışırlar: "Səfərdəki nəticədən sonra ruh düşkünlüyü vardı. Biz futbolçular öz aramızda yığışıb, məğlubiyyətin səbəblərini araşdırır, psixoloji durumu yaxşılaşmaq yönündə söhbətləşirik. Məşqlərdə bir-birimizi ruhlandırır, dəstəkləyirik. "Dinamo"ya qalib gəlmək üçün son nəfəsimizə, son qanımıza kimi çalışacağıq".

"Neftçi"də daha çox ehtiyatda qalan Ruslanın müdafiənin sol cinahında işi asan olmayacaq. Çünki rəqib sürətli, cinahdan təhlükəli oyunu ilə seçilir. Təsadüfi deyil ki, "Dinamo" qapımıza ilk 2 qolu sol cinahdan vurdu ki, Əmircanov sabah həmin mövqedə yer alacaq. Müdafiəçi özünü bu çətin sınağa hazır sayır: "Ümumiyyətlə, komandamızda fiziki durumuna görə hazır vəziyyətdədir. Təlim-məşq toplanışlarımız zamanı fiziki hazırlıq üzərində çox çalışırıq. Bu cəhətdən geri qalmırıq. Özümüzə güvənirik və inanırıq ki, bizə bəslənilən ümidləri doğrulda bilərik".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail