Premyer Liqanın püşkü bu gün atılacaq

22.07.2011 | 4723 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün püşkü atılır. Stadium.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək mərasim saat 17:00-da başlayacaq.
2011/12 mövsümündə də ötən illərdə olduğu kimi yarışa 12 komanda qoşulacaq və yenə "altılıq" sistemi tətbiq olunacaq. Yeni mövsümdə yeniliklərin tətbiq olunub-olunmayacağı məlum deyil. Premyer Liqanın formatı ilə bağlı bütün suallara bu günkü mərasimdə aydınlıq gələcək.
Ötən il olduğu kimi yenə paytaxt Bakı çempionatda 5 komanda ilə təmsil olunacaq. Ötən mövsümdən qalan AZAL, "Bakı", "İnter", "Neftçi" ilə yanaşı, "Rəvan" da güclülər dəstəsində çıxış edəcək. Sonuncular MOİK-in boşalan yerini dolduracaq.
Bölgə təmsilçilərinin sayı isə yenə 7 olacaq. Ötən mövsüm də çempionatda iştirak etmiş "Qəbələ", "Simurq", "Kəpəz" (ötən mövsüm "Gəncə" adlanırdı), "Turan", "Qarabağ" və "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt Şəhər" də elita yarışlarına qatılacaq. Sonuncular "Muğan"ın boşalmış yerini dolduracaqlar.
Yeni mövsümdə Premyer Liqada iki debütant çıxış edəcək. "Rəvan" bu hüququ birinci divizionda 2-ci yeri tutaraq qazanıb. "Sumqayıt Şəhər" isə "Abşeron"un dağılmasından sonra belə bir hüquqa yiyələnib.
"Simurq" 2010-2011 mövsümünün nəticələrinə əsasən (11-ci yer) Premyer Liqanı tərk etsə də, yenidən güclülər dəstəsində çıxış edəcək. Buna səbəb "Muğan"ın çempionatdan imtinasıdı.

2011/12 mövsümünün bütün iştirakçıları:

1. AZAL (Bakı)
2. Bakı (Bakı)
3. İnter (Bakı)
4. Kəpəz (Gəncə)
5. Neftçi (Bakı)
6. Qarabağ (Ağdam)
7. Qəbələ (Qəbələ)
8. Rəvan (Bakı)
9. Simurq (Zaqatala)
10. Sumqayıt Şəhər (Sumqayıt)
11. Turan (Tovuz)
12. Xəzər Lənkəran (Lənkəran)  rnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail