"Qarabağ" - "Brügge" oyunun hakimləri məlum oldu

22.07.2011 | 6160 dəfə oxunub

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" və "Brugge" arasındakı cavab oyunun da başlama vaxtı, keçirilmə yeri və baş hakimi müəyyənləşib. Stadium.Az xəbər verir ki, təmsilçimizin Belçika klubu ilə cavab qarşılaşması Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş avqustun 4-də Bakı vaxtı ilə 21:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi isə isveçrəli tanınmış referi Saşa Kever olacaq. Onun köməkçilərinin kimliyi isə bundan sonra açıqlanacaq.
Maraq üçün xatırladaq ki, bu hakim bundan əvvəlki iki mövsümdə Azərbaycan klublarının Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunlarını idarə edib. 2009-cu ildə o, "Ekranas" - "Bakı" görüşündə (2:2) ədaləti qoruyub. Ötən mövsüm isə "İnter" - "Lech" qarşılaşmasını (0:1) məhz Saşa Kever idarə etmişdi.
Bu komandalar arasındakı ilk görüş iyulun 28-də keçiriləcək. Brüggedəki "Yan Breydelstadion" arenasında baş tutacaq "Brugge" - "Qarabağ" matçının start fiti yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30-da) veriləcək. Həmin görüşü isə Şimali İrlandiyadan olan və Arnold Hanterin rəhbərlik edəcəyi hakimlər briqadası yönəldəcək.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail