Elnur Allahverdiyev: "Ölkə kubokunu qazanan heyət bundan güclü idi" - MÜSAHİBƏ

23.07.2011 | 6245 dəfə oxunub

"Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyevin müsahibəsi

- "Makkabi"ni Lənkəranda yenəcəyinə inananlar çox olsa da, "Xəzər Lənkəran" bunu bacarmadı. Bunun səbəbini izah edə bilərsinizmi? 
- Fikrimcə, bu oyunda hücumçularımızın yaradılan imkanlardan istifadə etməməkləri işimizi xeyli çətinləşdirdi. Birinci hissədə həmin şanslardan yararlansaydıq, "Makkabi"də gərginlik yaranacaqdı. Bu da bizim xeyrimizə işləyəcəkdi. Neynəyək, bu futboldur. Məncə, birinci hissədə yaxşı oynadıq. Fasilədən sonra isə fiziki cəhətdən yorğunluq var idi. Heyətimizdə yeni oyunçular var. Birinci oyundakı səhvlərin güdazına getdik.

- Həm Lənkərandakı, həm də Təl-Əvivdəki oyunun ikinci hissəsi sübut etdi ki, "Makkabi" keçiləsi rəqibdir. Niyə alınmadı? 
- Doğurdan da fiziki cəhətdən güclü idilər. Ancaq mərhələ adlamaq olardı. Yəni qorxunc rəqib deyildi. Birinci oyunda buraxdığımız qolların əvəzini çıxa bilmədik.

- "Xəzər Lənkəran" beşinci dəfədir ki, avrokuboklarda çıxış edir. Ancaq mərhələ adlamaq bir yana, heç qələbə də qazana bilməyib. Bu nə vaxta qədər davam edəcək? 
- İnşallah, növbəti il daha yaxşı olacaq. Rəqibimiz güclü komandadır. Bizim də kifayət qədər şanslarımız oldu. Təəssüf ki, boşa verdik. Onu da qeyd edim ki, "Makkabi" kimi güclü komandanın qapısı qarşısında hər iki oyunda bu qədər qol şansı yaratmaq heç də asan iş deyil. 

- Baş məşqçi Mirça Rednik birinci oyundan fərqli olaraq, bu dəfə sizi 2-ci hissədə meydana buraxdı. Bunu haradasa ilk oyunda buraxdığın səhvlərlə əlaqələndirmək olarmı? 
- Xeyr, bu sırf baş məşqçinin taktiki gedişi idi. Elvin Beçirinin cərimə zərbələri təhlükəli alınır. Baş məşqçi də onun bu üstünlüyündən faydalanmaq istədi. Məni isə sonradan oyunu gücləndirmək üçün meydana buraxdı. Bu o demək deyil ki, əsas heyətdəki yerimi itirmişəm. Yenə deyirəm ki, Rednikin taktiki gedişi ilə əlaqədar olaraq bu dəyişiklik edilmişdi.

- Mövsümlərarası fasilədə heyətə kifayət qədər yeni futbolçular dəvət edildi. Necə düşünürsünüz, "Makkabi" ilə qarşılaşmada onlar komandaya kömək edə bildilərmi? 
- Onlar oynamağa tam hazır deyildilər. Cəmi bir aya yaxındır komanda hazırlıq keçir. Ona görə də həmin oyunçulardan yüz faizlik nəticə gözləmək düzgün olmazdı.

- Sizcə, Avropa Liqasında çıxış edən komandanın heyətində birdən-birə bu qədər dəyişikliyin edilməsi nə dərəcədə doğrudur? 
- Bu komandaya təsirini göstərdi.

- Mənfi, yoxsa müsbət? 
- Mənfi.

- Necə düşünürsünüz, ölkə kuboku qazanan heyət güclü idi, yoxsa hazırkı? 
- Ölkə kubokunu qazanan heyət bundan güclü idi. Həmin futbolçular komandada qalsaydı, daha yaxşı oynayacağımıza inanıram.
- "Makkabi" ilə qarşılaşma son bir ildə çəkdiyiniz zəhmətin yekunu idi. Səncə, əziyyətinizin bəhrəsini gördünüzmü? 
- İdmanda hər cür nəticə olur. Deməliyəm ki, 25 gün Avstriyada hazırlıq keçsək də, ötən il ölkə kubokunu və gümüş medalları qazansaq da, zəhmətimizin qarşılığını görə bilmədik. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Çünki avrokuboklarda hansısa rayonu, şəhəri deyil, ölkəni təmsil edirik. Bu gün azarkeşlər stadionu tamamilə doldurmuşdular. Onlar stadionu sevinərək tərk etmək istəyirdilər. Çox təəssüf ki, mənim də arzum ürəyimdə qaldı. Fanatlarımızı sevindirmək istəyirdik. Nəsə çatmadı, alınmadı. 

- Nəsə deyəndə nəyi nəzərdə tutursunuz? 
- Komanda tam hazır deyildi. Hazırlığa viza ilə bağlı bir neçə futbolçu 10 gün gec qoşuldu. Vobay tələ əvvəlki formasını bərpa etməyib. Hazır olsaydı, onun bizə çox xeyri dəyərdi.

- Bəlkə komanda təlim-məşq toplanışına güc start verib? 
- Bunun da rolu ola bilərdi. Ancaq mənə elə gəlir ki, əsas problem heyətdə çox dəyişiklik edilməsi ilə bağlıdır. Yeni gələn futbolçuların komandaya uyğunlaşması, formaya düşməsinə isə zaman lazım idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail