"Bakı" AEK-lə qarşılaşacaq

24.07.2011 | 4505 dəfə oxunub

Sloveniyada növbəti mövsümün hazırlıqlarını davam etdirən "Bakı" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxır. Stadium.Az xəbər verir ki, Aleksandr Starkovun yetirmələrinin bu dəfəki rəqibi Yunanıstanın AEK klubudu.

Afina klubu ilə qarşılaşmanın "Bakı"nın bu toplanış çərçivəsindəki üçüncü sınaq matçı olacağını da qeyd edək. Bundan əvvəl Sloveniya birinci liqa təmsilçisi "Radomlje" ilə heç-heçə edən (1:1) paytaxt klubu daha sonra Türkiyə Superliqasında çıxış edən "Kardemir Karabükspor"a uduzmuşdu - 0:2.

"Bakı"nın 4-cü və son qarşılaşması 27 və ya 28 iyul tarixinə təsadüf edəcək. Həmin gün rəqibin İtaliya, Xorvatiya və ya Sloveniya klublarından birinin olması planlaşdırılır.

Yoldaşlıq oyunu
24 iyul

22:00. Bakı - AEKrnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail