Böyükağa Hacıyev: "Mənə 50-60 futbolçu lazımdı..."

01.08.2014 | 5475 dəfə oxunub

0:0 hesabıyla başa çatan "Neftçi" - "Çixura" oyunundan sonra Bakı klububun baş məşqçisi Böyükağa Hacıyev təşkil olunan mətbuat konfransında jurnalistlərin sualların cavablandırdı: 

- "Çixura" kombinasiyalı futboldan qaçır. Sırf qapalı futbol oynadı. Mən rəqibə hər zaman açıq futbol təklif edirəm. Bu komanda "Bursaspor"u mübarizədən kənarlaşdırıb. Eyni taktikayla da oynayırlar. Cavab görüşündə "Çixura" bir qol vurmaq xatirinə açıq futbol oynacaq. Mən demirəm ki, "Çixura"nın daşını daş üstə qoymayacam, rəqibə hörmətlə yanaşıram. Ən azından avqustun 7-nə kimi gözləməliyik.

- Bertuççi bu gün hansı mövqedə oynayırdı, meydanda işi nə idi və siz ona nə tapşırmışdız? Ümmiyyətlə, onu niyə əvəzləmədiz?

- Biz üç müdafiəçi ilə çıxış edirdik. Bertuççinin yaxşı sürəti və güclü zərbələri var. Oyunda hər zaman dəyişikliyin iki tərəfi olur. Bu, həm yaxşı, həm də pis effekt verə bilər. Bertuççini uzaqdan zərbə vura biləcəyini gözlədim. Bax buna görə onu sona kimi meydanda saxladım. Hesab ürəyimizcə deyil. Tiflisdə kim ilk qolu vursa, o da oyunu aparacaq.

- "Xalq komandası"nın Vobay, Nfor, Kaue kimi futbolçuların ümidinə qalması sizin günahınızdı, yoxsa klub rəhbərliyinin?

- Vobay bizim icarədə olan futbolçumuzdu. O, "Koper"lə oyunda yaxşı təsir bağışladı. Nforun oyunundan mən də narazı qaldım. Yaxın günlərdə komandada yeni hücumçunun şahidi olacaqsız. Artıq həmin futbolçu ilə söhbətlər gedir. Kaue isə unversal futbolçudu. O, istənilən mövqedə oynaya bilər. Bunun günahını məndə, yaxud da klub rəhbərliyinin olduğu önəmli deyil. Platye də icarədədi. O da bu gün, sabah qayıtmalıdı. Mən heç bir transfer siyasətinə qarışmıram. Mənə disk gəlir,  ona da baxıram. Nfor mənə disk gələndə daha yaxşı təsir bağışlayırdı.

- Matçı izləyənlər arasında Şenol Günəş də vardı. Türk çalışdırıcıdan "Çixura" ilə bağlı məsləhət almışdınız?

- Mən bilirəm ki, rəqib qapalı oyuna üstünlük verir. Elə oyunun analizini də "Bursaspor" - "Çixura" matçına baxıb, aparmışdım. Mənə elə gəlir ki, bu oyun Tiflisdə də baş verəcək. Mənə lazımdı ki, rəqib bir balaca qabağa çıxsın. Gündə taktika dəyişmək də bir xeyir etmir. Bir taktikanı yerinə yeritmək üçün minimum 6 ay lazımdı. Gəlin darıxmayaq. Mən Şenol Günəşdən heç nə soruşmamışam. Düzün deyim, heç onu gprməmişəm də.

- "Çixura"nın futbolçuları matçdan sonra qələbə qazanmış kimi sevinirdi. Buna münasibətiniz necədi?

- Həyatda insanlar var ki, bir gün üçün sevinər. Gələcəyə ümidlə baxmaq lazımdı. Bir həftə gözləmək lazımdı. Evdə oynamaq daha çətindi. Azarkəş qol vurmağı tələb edir.

- Düzdü, nəticə ürək açan deyil və qeyd edirdiniz ki, rəqib müdafiə futbolu oynayırdı. "Neftçi"də isə oyunun ən yaxşısı Kardoso idi. Belə çıxır ki, "Neftçi" müdafiə futbolu oyanyırdı?

- Çixuranın bir takikası var. Onların başqa taktikası yoxdu. Bu gün Kardosun işi çox idi. Çünki rəqib ancaq oyunu 10 nömrəli futbolçunun üzərində qurmuşdu. Buna görə də Kardosonun oyunu tez nezərə çarpırdı.

- Son zamanlarda Araz Abdullayev o qədər də yaxşı çıxış etmir. Onun durumuz sizi qane edir?

- Futbolçu insandı, robot deyil. Robot olsa, proqlamla işlədərik. Hər bir futbolçuya psixoloji cəhətdən yanaşmaq lazımdı. Bu gün əgər siz dediyiniz kimi hesablasaz, 25-30 futbolçu az olar. Mənə 50-60 futbolçu lazımdı ki, bir oyun zəif oynayan kimi göndərim ehtiyata. Araz Abdullayev Azərbaycanda öz cinahında ən yaxşı oyunçudur.

- Həmişə iddialı açıqlamalarla yadda qalmısız. Səfərdə şanslarınızı faiz nisbəti ilə necə dəyərləndirirsiz?

- Həyatda özümə inanan insanam. Mərhələ keçəcəyimizə 170 faiz inanıram. Mənim faizim çox yuxarıdı. Çalışacam ki, sizi sevindirəm. Düzdü, bizi istəməyənlər də var. 

- Düşünmürsüz ki, meydandakı oyun taktikadan çox, futbolçuların fərdi ustalığı hesabına qurulmuşdu?

- Rəqib qapalı futbol oynayırdı. Buna görə də oyunçular fərdi oynmağa başlamışdı. Vobay, Flavinyo və digərləri boş mövqe axtarırdı. “Çixura” da bunu onlara vermədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail