Aleksandr Starkov - 56
Bü gün "Bakı"nın məşqçisi Aleksandr Starkov ad gününü qeyd edir. Stadium.Az saytı xəbəbr verir ki, Aleksandr Petroviç Starkov 26 iyul 1955-ci il tarixində Latviyanın Madona şəhərində (keçmiş SSRİ) anadan olub. 10 yaşından futbolla məşğul olub. 18 yaşlı Starkov peşəkar futbolda ilk addımlarını "RPİ Madona" klubunda atıb. Futbol mütəxəssislərinin diqqətini cəlb edən gənc futbolçu Latviyanın birinci klubu "Dauqava"ya dəvət alıb. Təxminən, 13 il ərzində (1976-1989) Riqanın "Dauqava" klubunda çıxış edən Aleksandr Starkov bu klubun heyətində 300-dən artıq oyun keçirib, 115 qola imza atıb. İstedadlı futbolçu 2003-cü ildə Latviya futbol tarixinin ən güclü oyunçusu elan olunub.
Peşəkar futbol karyerasını başa vuran Starkov məşqçilik fəlaiyyətinə start verib. 1990-1992-ci illər ərzində "Dauqava", "Pardauqava", "Kompar-Dauqava" klublarında çalışıb. 1992-1994-cü illərdə Latviya U-21 milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Aleksandr Starkov 1993-2004-cü illərdə "Skonto" klubunun sükanı arxasına keçib. Bu müddətdə klubuna 12 dəfə Latviya çempionu, 6 dəfə Latviya kubokunun qalibi titullarını qazandırıb.
2004-2006-ci illər mövsümündə Moskvanın "Spartak" (Rusiya) klubunun baş məşqçisi postunda işləyib. 2005-ci ildə "Spartak"la Rusiya çempionatının gümüş medallarına sahib olub.
2009-cu ildən etibarən yenidən "Skonto"ya qayıdıb və son günlərədək bu vəzifədə çalışıb.
Aleksandr Petroviç Starkovun milli komanda karyerası da rəngarəng uğurlarla zəngindir. 1995-2001-ci illərdə Latviya milli komandasında ikinci məşqçi kimi fəaliyyət göstərən Starkov 2001-2004-cü illər mövsümlərində milli komandaya baş məşqçilik edib.
Latviya yığması tarixinin ən böyük uğuruna, məhz, onun rəhbərliyi altında imza atıb. Latviya 2004-cü il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb və güclü rəqiblərlə mübarizədən üzüağ çıxıb.
Avropa çempionatından sonra milli komandadan ayrılan Starkov 3 illik fasilədən sonra yenidən Latviya yığmasına dəvət olunub. Aleksandr Starkovun komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində inamla çıxış edərək qrup mərhələsini 3-cü yerdə başa vurub. Aleksandr Petroviç hazırda milli komanda ilə çalışmaqda davam edir.
Aleksandr Petroviç Starkovu "Bakı" futbol klubunun kollektivi, klubun çoxsaylı azarkeşləri təbrik edir, ona bol-bol qələbə sevinci arzulayır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |