AFFA şampun firmasıyla sponsorluq müqaviləsi bağladı - FOTOLAR

06.09.2014 | 12872 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA və “Clear” şampunu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi keçirilib.
 
Stadium.az xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədov çıxış edərək Azərbaycan futbol ailəsinə daha bir nüfuzlu şirkətin üzv olmasının sevindirici hal olduğunu deyib, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib. 

Baş katib xatırladıb ki, bu il mayın 26-dan qüvvəyə minən sponsorluq müqaviləsinə əsasən “Clear” şampunu Azərbaycan milli komandasının rəsmi şampunudur və müqavilənin "Avro-2016"nın seçmə mərhələsində millimizin keçirəcəyi ilk oyun ərəfəsində imzalanması barədə əvvəlcədən razılıq əldə olunub.

"Unilever" şirkətinin Mərkəzi Asiya üzrə idarəçi direktoru Ziya Domaniç futbolun Azərbaycanda çox sevilən idman növlərindən biri olduğunu və son illər inkişaf dövrünü yaşadığını söyləyib, AFFA ilə əməkdaşlıqdan məmnunluq hissi duyduqlarını qeyd edib.

Sonra əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və komandanın üzvü Ruslan Abışov millinin formasını "Unilever" şirkətinə hədiyyə edib. Öz növbəsində, Ziya Domaniç tərəfindən AFFA ilə əməkdaşlıqla bağlı plaket baş katib Elxan Məmmədova təqdim olunub. (affa.az)

 

 

 

 

 

 

 

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail