AFFA prezidenti millimizin biabırçılığına haqq qazandırdı

06.09.2014 | 3817 dəfə oxunub

“Forma satışının təşkili tək milli komandada yox, klublarda da həyata keçirilməlidi”. Stadium.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 Ötən gün “Park Bulvar”da  AFFA-nın “Fan-şop”unun açılış mərasimi keçirilib. Tədbirdə assosiasiya rəhbəri Rövnəq Abdullayev də iştirak edib.

 “Fan-şop”dan Azərbaycan futbolunun korifeylərindən olan Anatoli Banişevskinin formasını alan qurum rəhbəri bu cür tədbirlərin təşkilini vacib hesab edib: “Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla bir maddi köməkdi. Eyni zamanda futbolun reklamıdı. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm yığmamız, həm də AFFA üçün “fan-şop”un açılması mühüm hadisədi. Bakının müxtəlif yerlərində də “fan-şop”lar açılacaq”.

Abdullayev yığmamızın Moskvada Rusiya ilə keçirdiyi oyuna da toxunub: “Bu yoldaşlıq oyunu idi. Həmin oyuna komandamız əsas heyətlə çıxmamışdı. Rusiya millisi güclü rəqibdi. Futbolçuları Rusiya kimi güclü rəqiblə oyunda yoxlamaq Bolqarıstanla rəsmi oyunöncəsi yaxşı sınaq oldu. Futbolçularımız gücünü Bolqarıstanla oyunda göstərməlidi”.

“Ximki Arena”da baş tutan oyunda Rusiya yığması 4:0 hesabı ilə qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail