"İnter" bəyanat yaydı

09.10.2014 | 2622 dəfə oxunub

Bəzi elektron informasiya vasitələrində “İnter” futbol klubunun cari ilin yanvar ayında Türkiyənin Antalya mahalında keçirdiyi təlim-məşq toplanışı zamanı “Titanik Deluxe” otelinə guya borclu qaldığı barədə məlumatlar özünə yer tapmışdır. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “İnter” PİK-in rəhbərliyi bəyan edir ki, klubun adı sadalanan otelə hər hansı bir borcu yoxdur.

Bunu otelin rəsmi nümayəndəsi də Azərbaycanın aparıcı mətbuat orqanlarından birinə açıqlamasında bildirmişdir. Qeyd etmək yerinə düşərdi ki, belə bir iddia ilə toplanışı təşkil edən AFSS şirkəti çıxış edir, bu şirkət göstərilməyən xidmətlərə görə “İnter” PİK-dən pul tələb edir. “İnter” PİK xüsusilə vurğulayır ki, klub tərəflər arasında imzalanmış müqavilə üzrə maliyyə öhdəliyini tam yerinə yetirmişdir və müqavilədənkənar əlavə  iddia edilən borc məbləğini ödəməkdən imtina etmişdir. Çünki AFSS şirkətinin təqdim etdiyi aktda bir sıra pozuntular aşkarlanmış və iradlarımız qarşı tərəfə çatdırılmışdır.

AFSS şirkəti də bir neçə dəfə yeni akt göndərmiş və hər dəfə də aktda müxtəlif borc öhdəliklərinin olduğunu iddia etmişdir. Klubun aktı birgə araşdırılması təklifi AFSS tərəfindən cavabsız qalmış və yekun akt bu günə kimi  imzalanmamışdır. Akt araşdırıldıqdan və imzalandıqdan sonra kimin kimə borcu olması bəlli olacaqdır.
“İnter” PİK-in rəhbərliyi AFSS şirkətinin iddialarını  əsassız hesab edir və möhürsüz, eyni zamanda imzasız akt adlı kağız parçasını mətbuata sızdırmaqla “İnter” PİK haqqında mənfi imic yaratmağa çalışır. Klub rəhbərliyi toplanışın xərclərini əhatə edən yekun sənəddən başqa AFSS şirkəti tərəfindən təqdim edilən məbləği əsassız sayır və həmin şirkətin qaldırdığı iddianı “İnter”PİK-“Titanik Deluxe” oteli münasibətləri müstəvisində təqdim etməyə çalışmasını ictimai rəyi çaşdırmağa yönəlmiş cəhd kimi qiymətləndirmək olar.
 
“İnter”PİK həmişə ikitərəfli münasibətlərə önəm verən klub olmuşdur və qardaş Türkiyədə keçirdiyi bütün toplanışlarda maliyyə öhdəliklərini layiqincə yerinə yetirmiş, bundan sonra da yerinə yetirəcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail