Emeqara mövsümün 100-cü qolunu vurdu

27.10.2014 | 3198 dəfə oxunub

Premyer Liqada mövsümün 100-cü qolu vurulub. Stadium.Az xəbər verir ki, IX turun startına qədər 89 qolun vurulduğu çempionatın yubiley topu I dövrənin son matçına təsadüf edib.

Turun 11-ci qolu, mövsümdə 100-cü olub. Bu isə “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə baş verib. Görüşdəki 2-ci top yubiley xarakteri daşıyıb. 29-cu dəqiqədə dublunu rəsmiləşdirən İnnosent Emeqara həm “Qarabağ”ın qələbəsində pay sahibi olub, həm də mövsümün 100-cü qolunun müəllifi kimi tarixə düşüb.

Ümumilikdə isə IX turda 14 qol qeydə alınıb. Bununla da 2 oyunu təxirə salınan, 1 görüşünün nəticəsi ləğv edilən dövrənin 42 qarşılaşmasında 103 dəfə top qapıdan keçib. Orta məhsuldarlıq 2,45-ə bərabər olub. Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 9-da “Xəzər Lənkəran”ın üzvü Rauf Əliyev AZAL-la qarşılaşmada vurmuşdu.

pfl.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail