Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Millimizin baş məşqçisi: "Rəqiblərdən çəkinmədən layiqli mübarizə aparacağıq" - MÜSAHİBƏ
03.11.2014 | 3623 dəfə oxunub
Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Jose Miguel Mateus affa.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir:
- Artıq bir neçə gündür Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?
-
Dubaya yeni mövsümün hazırlığı üçün gəlmişik. İnterkontinental
kubokundan əvvəl bir çox milli komanda ilə yoxlama oyunları keçirdik.
Yüksək reytinqə malik Rusiya, Birləşmiş Ərəb Əmirlikləri yığmaları və
BƏƏ-nin “Əl-Əhli” klubu ilə qarşılaşdıq. “Əl-Əhli” dünyada ən güclü
klublardan biri hesab olunur. Dünyanın 3 ən yaxşı futbolçusu –
portuqaliyalılar Macer, Benşot və Cordon məhz bu klubda çıxış edirlər.
Təlim-məşq toplanışının əsas məqsədi də məhz daha çox oyun keçirmək
istəyimizdir. Komandaya yeni futbolçular cəlb olunub. Yoldaşlıq
oyunlarında onların nəyə qadir olduqlarını nəzərdən keçirdim.
- Futbolçuların hazırlıq səviyyəsi size qane edirmi?
-
Son 9 ayda bu futbolçularla birlikdə hazırlıq keçirik. Dünya və Avropa
reytinqində yaxşı yerdə qərarlaşmışıq. Moskvada Avropa Liqasında uğurlu
çıxış edib Superfinala vəsiqə qazandıq. Superfinalda B divizionda yer
alan komandalarla mübarizədə ilk 3 pillədə yer aldıq. Həmçinin Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014) turnirində iştirak etdik. Nəticə əldə edə bilməsək də, komandam baxımlı oyun nümayiş etdirdi. Avropa Kuboku – Bakı 2014-də
A divizionda yer alan komandalarla mübarizə aparırdıq. Seçmə mərhələdə
isə 28 komanda arasında 13-cü yeri tutduq. Komandamızın üzvü Sabir
Allahquliyev 5 ən məhsuldar futbolçudan biri oldu. Komandanın orta
səviyyəyə çatması üçün 1 pillə qalıb. Daha çox inkişaf etmək, reytinqi
yüksəltmək üçün geniş seçim imkanı olmalıdır.
-
Gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə
keçiriləcək. 19 idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına
çimərlik futbolu da daxildir. Komanda həmin məsul yarışa nə dərəcədə
hazırdır?
-
Bizim üçün çox böyük bir məsuliyyətdir. Həmin yarışda A divizionunda
yer alan 7 ən güclü komanda ilə mübarizəı aparacağıq. Bilirik ki, çox
çətindir. Hazırda B divizionunda yer alan Azərbaycan yığma komandası öz
inkişaf mərhələsini keçir. Söz veririk ki, yaxşı mübarizə aparacağıq.
Məqsədimiz azarkeşlərə yaxşı, keyfiyyətli oyun göstərməkdir. Bütün
oyunlara qələbə əzmi ilə çıxacağıq.
- Hazırda ölkəmizdə çimərik futbolu üzrə çempionat keçirilmir. Bunun üçün nə kimi təklifləriniz var?
-
Milli çempionatı səmərəli, effektiv keçirmək üçün layihələrimiz var.
Regionlarda və ali təhsil müəssisələri arasında çempionat təşkil etməyi
düşünürük. Həmçinin planda U-19 və U-21 liqaları keçirmək də var. Məqsəd
odur ki, çimərlik futbolunun daha çox təbliğatını aparaq, yeni
futbolçular cəlb edək. Çimərlik futbolunun inkişafını davam etdirmək
üçün yeni nəsil yetişməlidir. Avropa oyunlarından sonra çimərlik
futboluna olan marağın daha da artacağını düşünürəm. Bunun kütləviliyi
üçün məktəblərdə də müvafiq işlər aparmaq lazımdır. Ümid edirəm ki,
gələn il baxımlı bir milli çempionat keçiriləcək.
- Milli komandanın gələcək planları nədən ibarətdir?
-
Yeni mövsümün hazırlıq planı üzərində işləyirik. Fikrimiz var ki,
beynəlxalq yarışlarda iştirak edək, yüksək səviyyəli komandalarla
yoxlama oyunları keçirək. Bu cür oyunlar futbolçuların inkişafı üçün
lazımdır.
- AFFA baş məşqçinin planlarına müvafiq qaydada kömək edə bilirmi?
-
Bəli, AFFA və Çimərlik Futbolu Federasiyası milli komandanın inkişafı
üçün daim bizə dəstək olub. Ötən mövsüm 14 təlim-məşq toplanışı
keçmişik. Nə vaxt təlim-məşq toplanışı təşkil etmək istəsək, müsbət
yanaşıblar, bizə hər cür şərait yaradıblar. Təbii ki, əsas məsələ ölkə
çempionatının təşkili üçün addımların atılmasıdır. Hazırda çimərlik
futbolu üzrə 8 komanda var. Həmin komandaların hər birində 10-12
futbolçu olsa, bizim də daha çox seçim imkanımız olar. Təəssüf ki, həmin
komandalar müntəzəm məşq etmirlər. Bu sayı daha da artırmaq lazımdır.
Artıq hər bir milli komanda bizimlə hesablaşır, hörmətlə yanaşır. Biz öz
oyunumuzla bunu bacarmışıq. Bunun məntiqi nətəcisə kimi, bir çox ölkə
bizi yoldaşlıq görüşü keçirmək üçün dəvət edir. Hazırda millinin
heyətində 18 futbolçu var. İndi daha çox qələbə arzusuyla
alışıb-yanmalıyıq, qalib gəlməyi daha çox istəməliyik.
-
Azərbaycan futbolunun ən yaralı yerlərindən biri son dəqiqələrdə qol
burxmaqdır. Bunu çimərlik futboluna da aid etmək olar. Bu çatışmazlığı
aradan qaldırmaq istiqamətində hansı işlər görülür?
-
Bu daha çox əvəllər belə idi. Oyuna daha yaxşı başlayırdıq, ancaq
sonradan sanki “oyundan qopurduq”. Bunun da əsas səbəbi arxayınlıq idi.
Komandanı start fitindən sonuncu dəqiqəyədək hazır vəziyyətə gətirmək
lazımdır. Həm fiziki, həm də psixoloji cəhətdən. Bu istiqamətdə
məşqlərdə uşaqlarla daim söhbət edirəm. Məşqlərdə olan nizam-intizam
oyunlarda da öz əksini tapmalıdır. Biz doğru yoldayıq. Gələn il
keçiriləcək Avropa oyunlarında, qeyd etdiyim kimi, dünyanın 7 ən güclü
komandası iştirak edəcək. Heç bir rəqibdən çəkinmədən layiqli mübarizə
aparacağıq. Güman edirəm ki, Avropa oyunlarından sonra Azərbaycan xalqı
çimərlik futbolunu daha çox sevəcək. Bu, Azərbaycan çimərlik futbolu
üçün böyük bir təbliğat olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |