Qurban Qurbanov "Dnepr"ə məğlubiyyətdən danışdı
Avropa Liqasının F qrupunda Bakıda
Respublika stadionunda “Dnepr”ə məğlub olan “Qarabağ”ın baş məşqçisi Ququrban Qurbanovun
oyunsonrası mətbuat konfransı:
- İstəməzdik məğlub olaq. Çox
çalışdıq ki, hesabı qoruyaq, amma alınmadı. Biz bu gün hamımızlıqla “Dnepr”in
gücün gördük. Sona kimi mübarizə apardıq, səhvlərimiz də oldu. Düşünmədiyimiz səhvlərdən
qol buraxdıq. Mən ilk oyundan sonra demişdim ki, qələbəni böyütməyək,
futbolçulara pis təsir edə bilər. Çalışdıq oyunumuzu düzgün quraq. Futbolçulara
da narazılığım yoxdur.
- “Qarabağ” ilk qolu
buraxandan sonra dönüş etməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?
- Biz sadəcə bu gün dönüş edə bilmədik.
İstədik, amma qol vura bilmədik.
- Kənardan elə gəlirdi
ki, sizin komanda meydana heç-heçə üçün çıxmışdı və buna görə uduzduz...
- İlk hissə başlayandan topa nəzarət
bizdə idik. İlk dəqiqələrdən biz ümumiyyətlə heç-heçə haqda düşünmürdük.
Konkret olaraq qələbə üçün meydana çıxmışdıq.
- Bu günkü günə kimi
Reynaldonun xəsisliyindən danışırdıq. Amma bu gün Muarem ilk yarıda ötürmə versəydi,
hesab başqa cür olardı. Sanki komanda oyununda problem vardı...
- Futbol kollektiv oyundu. Həmin məqamda
Leroyu görmək çətin idi. Çünki sürətli hücum idi və iki müdafiəçi qarşısın kəsmişdi.
- “Qarabağ”ın
qrupdan çıxmaq şansın necə dəyərləndirirsiz?
- Bizdə istəməzdik azarkeşləri üzək.
Məğlubiyyəti heç kim istəməz. Rəqiblərə də hörmətlə yanaşırıq. Qarşımıza da məqsəd
qoymamışdıq ki, qrupda ikinci olaq. Bizim üçün “Sent Etyen”lə oyunda daha asan
olacaq, nəinki bu qarşılaşmada. Mən hardasa gözləyirdim ki, bu oyunda uduzaq.
Çünki ilk oyundan sonra hamı fikirləşirdi ki, ilk oyunda udmuşuqsa, bu dəfə da
qalib gələ bilərik. Bu isə komandaya mənfi təsir göstərir.
- Dünən sizə sual
verilmişdi ki, belə atmosferdə oynamaq sizə problem olacaq. Amma siz dediz ki,
nizam-intizamlı komandanız var, bu işin öhdəsindən gələcəklər. Amma bu gün belə
olmadı. Belə görünür ki, sizin komandada yaratdığınız oyun üslübü daha çox səfər
matçları üçündü...
- Sadəcə ola bilər ki, bu dəfə
hücumlarımız alınmadı. Biz məşqlərdə də bunun üçün çalışmışdıq. Sxem barədə məncə
problem yoxdu. Hücumlarda qurduq, sadəcə son nöqtə qoymaq mümkün olmadı.
- “Dnepr”in baş məşqçisi dedi ki,
bilirdilər Reynaldonun üzərində oyun qurulacaq. Onu zərərsizləşdirdilər və qələbə
qazanacaqlar.
- Biz oyunu onun üzərində
qurmamışdıq. Bir neçə oyunçuyla oynadıq. Almeydaya qarşı təkətək oynayırdılar.
Bizdə onun yerin dəyişdik tez-tez. Rəqib baş məşqçinin də fikirlərinə hörmətlə
yanaşırıq.
- Sizə elə gəlmir ki, “Dnepr”in baş məşqçisi “Qarabağ”ı daha yaxşı təhlil etmişdi?
- Rəqib qalib gəldisə, deməli, hansısa epizodlarda bizdən üstün olublar. Hər dəfə çalışırıq ki, düzgün oyun quraq. Düşünürəm ki, bu gün onların təcrübəsi bizdən daha üstün oldu. Belə oyunlar bizim komandalar üçün böyük təcrübədir.
- Siz Rusca bilirsiz. Niyə mətbuat konfransında rusca danışmırsız?
- Buraz Azərbaycandı və mentalitetdən kənara çıxmaq lazım deyil. Rusca danışmağımı istəsəz, mətbuat konfransından sonra sizə vaxt ayıra bilərəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |