Azyaşlı azarkeş "Qəbələ"nin futbolçusuna müraciət etdi

13.11.2014 | 5759 dəfə oxunub

Noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt" Futbol Klubu ilə "Qəbələ" arasında yoxlama oyunu keçirilməsi və həmin qarşılaşmada rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səslənməsi barədə xəbər vermişdik.

Stadium.Az xəbər verir ki, "Sumqayıt" Futbol Klubu həmin hadisəyə səbəb olan azyaşlı azarkeşi tapıb. 13 yaşlı Tural Rzayev adlı fanat onun səsləndirdiyi şüarın Ekiqo Ehiosun səhv başa düşdüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzürxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib.

Müraciətin mətni: "Əziz Ekiqo. Mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək olmuşam. Sənin komandanın oyununu stadiondan izləmişəm. Sənə dediyim söz düzgün başa düşülməyib. Əgər dediyim söz xətrivə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə, heç təhqirə də yol vermir. Əgər müraciətimi qəbul edirsənsə növbəti "Sumqayıt" - "Qəbələ" oyununda səninlə şəkil çəkdirmək istəyimi qəbul edəsən".


sumqayitpfc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail