PFL "Qarabağ"la "Kəpəz"i azarkeşlərinə görə cazalandırdı

16.08.2011 | 4131 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda "Turan" - "Kəpəz" oyununda azarkeşlərin hakimi daşlaması müzakirı mövzusu olub. İclasda aşağıdakı qərarlar qəbul edilib: 

Premyer Liqanın II turunun "Turan" - "Kəpəz" matçının 65-ci dəqiqəsində meydançaya "Kəpəz" klubunun azarkeşləri tərəfindən atılmış kənar əşya (daş) yan xətt hakiminə dəyərək oyunun 6 dəqiqə dayanmasına səbəb olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq "Kəpəz" klubu 2000 (iki min) manat cərimə olunur (maddə 52).

"Turan" klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazimi tədbirləri gücləndirsin.

"Kəpəz" klubu azarkeşlərinin Premyer Liqa matçlarında davranışı ilə bağlı müvafiq tədbirlər görsün, əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.  

 Premyer Liqanın II turunun "Rəvan" - "Neftçi" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

Oyunun 90+2-ci dəqiqəsində "Neftçi" klubunun 16 №-li futbolçusu Alessandro Viana Da Silva kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).

 Premyer Liqanın II turunun "Qarabağ" - "İnter" matçının 73-cü dəqiqəsində meydançaya "Qarabağ" klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

 Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin II turunun "Bakı" -  "Simurq" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).

 Premyer Liqanda çıxış edən klubların əvəzedici heyətlərinin II turunun "Sumqayıt Şəhər" -  "Qəbələ" matçının 36-ı dəqiqəsində "Sumqayıt Şəhər" klubunun 20 №-li futbolçusu Şamil Camaləddinov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 42.3).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail