Avropa Triatlon Şurasının rəhbəri “Bakı-2015”dən yazdı

02.12.2014 | 2665 dəfə oxunub

Avropa Triatlon Şurası (ETU) bu təşkilatın rəhbəri Renato Bertrandinin Azərbaycana səfərinə dair geniş məqalə yayıb.

Stadium.az xəbər verir ki, məqalədə R.Bertrandinin Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakı toplantısına qatıldığı, “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı ən son məlumatlar əldə etdiyi, icraçı direktoru Azər Məhərrəmov və Azərbaycan Triatlon Federasiyasının rəhbərliyi ilə görüşdüyü bildirilir.

Qeyd edilir ki, R.Bertrandi üçün Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək və müxtəlif federasiya rəhbərləri ilə görüşmək, eləcə də Avropa Oyunlarında triatlonun roluna, habelə gələn il Tbilisidə keçiriləcək yeniyetmələr üzrə Olimpiya festivalına dair geniş fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Yazıda diqqətə çatdırılır ki, “Bakı-2015” Avropa Oyunlarında triatlon turniri Bakıdan 30 kilometr aralıda keçiriləcək. Bu, həmin idman növünün özəlliyindən irəli gəlir. Burada bütün tələblərə cavab vermək çox vacibdir. Yarışların yerinin hazırlanmasına dair işlər artıq başlanıb və martın sonunadək tam yekunlaşmalıdır.

Mayın əvvəlində isə test yarışları həyata keçiriləcək. Triatlon yarışlarının yerinə dair indiyədək geniş müzakirələr aparılıb. Həmçinin Beynəlxalq Triatlon Şurasının təşkilatçılığı ilə texniki işlərlə məşğul olan rəsmilərlə keçirilən danışıqlarda da geniş müzakirələr aparılıb. Bu, tərəflər üçün gələcək tövsiyələr baxımından çox vacib müzakirələr olub.

Bununla yanaşı, hazırda ETU Avropa Oyunlarında təmsil olunacaq texniki personalın siyahısının hazırlanması üzərində iş aparır. Bu məqsədlə müxtəlif ölkələrin milli federasiyalarına onların təmsilçilərinin bu mötəbər yarışlara cəlb edilməsinə dair sorğular göndərilib. Bu zaman mütəxəssislər ETU-nun birinci, ikinci və üçüncü dərəcələrinə malik olmalıdırlar. Avropa Oyunlarının proqramına əsasən, texniki işlərlə məşğul olan rəsmilər Bakıya triatlon yarışlarına iyunun 9-da gələcək. Səfər isə iyunun 16-da başa çatacaq.

Yaxın vaxtlarda ETU-nun İcraiyyə Komitəsinin toplantısında Bakıda keçiriləcək Avropa Oyunlarının texniki rəsmi şəxslərinin siyahısı təsdiqlənəcək. Bu seçimi isə ispaniyalı Xorxe Qarsiya və macar Bela Varqa kimi peşəkarlar aparacaqlar. Ən son və tam dolğun informasiya isə yanvarın sonunda milli triatlon federasiyaları rəhbərlərinin iştirakı ilə keçiriləcək ETU-nun yekun konfransında açıqlanacaq. Bu toplantıda R.Bertrandi geniş hesabatla çıxış edəcək. Təqdimatı isə Azərbaycanın nümayəndə heyəti edəcək.

R.Bertrandi qeyd edib ki, bununla belə, ETU rəhbəri qarşıdan gələn Avropa Oyunlarında ən peşəkar trialtonçuların çıxışlarını vacib sayıb. Çünki turnirin qalibləri Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar qazanacaq. Yəni Braziliyaya seçimlər Bakıda keçiriləcək Avropa Oyunlarından başlayacaq. Təqvim planlarına görə, iyunun 13-də və 14-də Avropa Oyunları çərçivəsində yarışlar keçiriləcək. Bu start bütün kontinent üçün böyük bir addım olacaq. Biz, triatlonun proqrama daxil edilməsindən çox məmnunuq. Hazırda triatlon idman təqvimində ən mötəbər yerlərdən birini tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail