Premyer Liqanın bombardiri Azərbaycana gəlir

06.01.2015 | 4976 dəfə oxunub

Rumıniyalı yarımmüdafiəçi Erik Bikfalvi karyerasını Azərbaycan klublarından birində davam etdirə bilər. Stadium.Az xəbər verir ki, bu barədə sözügedən futbolçunun meneceri Daniel Draqoş məlumat verib:

"Ukrayna klubları büdcəni azaltmaq istəyirlər. Bu, Bikfalvinin oynadığı "Volın"a da aiddir. Onunla bir sıra klublar maraqlanır. Bunların arasında Qazaxıstan, Rusiya, Özbəkistan, Azərbaycan klubları da var. Bu ölkələrdə maliyyə şərtləri daha yaxşıdır. Real variantlardan biri də Donetsk "Şaxtyor"udur. Mirça Luçesku Eriki yaxşı tanıyır".

Azərbaycan klublarından isə Bikfalvini "Qəbələ"nin transfer etmək istəməsi daha inandırıcı görünür. Çünki bu komandanın baş məşqçisi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış edən futbolçuları daha yaxşı tanıyır.

Qeyd edək ki, Bikfalvi Ukrayna çempionatının bombardirlər siyahısında birinci yerdə gedir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail