Elvin Əliyev: "Bizə 3 xal verilməlidir"

22.08.2011 | 6013 dəfə oxunub

   "Bakı" klubunun müdafiəçisi Elvin Əliyev qalmaqallı "İnter" - "Bakı" matçı haqda açıqlama verib. Stadium.az xəbər verir ki, futbolçu "bankirlər"in meydanı heç bir əsas olmadan tərk etdiyini bildirib.
   "Onların meydanı tərk etməsi üçün hansısa əsas var idi? Yox idi. Penaltilərə görə narazılıq eləyirlər? Bunu bütün xalq gördü. Birinci epizodda əllə oynamışdılar. İkinci penalti zamanı 45 nömrəli buts futbolçunun sinəsinə iz salıb. Allaha şükür, baş verənlərin hamısı kameralar vasitəsilə çəkilib. Ona görə də bizə 3 xal verilməlidir. Meydanı tərk edən onlardır, üstəlik, heç bir əsasları da yoxdur". 
  "Oyunun yenidən keçirilmə ehtimalı yaranarsa, buna reaksiyanız necə olacaq" sualına Əliyev belə cavab verdi: "İnanmıram belə bir qərar verilsin. Çünki qarşı tərəf meydanı özbaşına, səbəb olmadan tərk edib. Əgər oyunun yenidən keçirilməsi barədə qərar verilsə, biz buna əməl edəcəyik".
  "Bakı"nın hələlik cari mövsümdə meydanı qalib tərk etməməsi barədə danışmaq istəməyən müdafiəçi bir qədər gözləməyi məsləhət bilib: "Bizim öz oyun üsulumuz var. Sadəcə, bunu ortaya qoymaq üçün zaman lazımdır. Ondan sonra görək nə deyəcəklər?"  

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail