Azərbaycan yığmasının rəqibi liderini itirdi

24.08.2011 | 5312 dəfə oxunub

Azərbaycan yığmasının Avro 2012-nin seçmə mərhələsində rəqibi olan Qazaxıstan yığması lideri ilə vidalaşıb. Stadium.az xəbər verir ki, 32 yaşlı Samat Smakov yığma karyerasına son verib. 

"Aktobe"nin forvardı bu addımı Azərbaycan yığması ilə görüş ərəfəsində atıb. Beləliklə, o, Bakıda yığmamıza qarşı oyunda iştirak etməyəcək. Təcrübəli futbolçu yığmada gedişi haqda bunları deyib: “Bu haqda fikirləşəndən sonra yığmamızın baş məşqçisi Miroslav Beraneklə əlaqə saxlayıb qərarımı bildirdim. Artıq gənc deyiləm və hansısa anlarda rəqib futbolçulara çata bilmirdim. Beranekə və onun məşqçilər ştabına çox hörmət edirəm. Gələcəkdə onları və komandanı pis vəziyyətdə qoymaq istəmirəm. Onlar deyirdilər ki, vaxtında getmək lazımdır ki, sonradan səni xatırlasınlar”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail