Leonid Kuçuk: "Qəbələ"yə daha çox qol vura bilərdik"

23.01.2015 | 3157 dəfə oxunub

"Qəbələ" yaxşı komandadır. Bu görüşdə qələbə qazanmağımız yaxşı oldu". Stadium.Az xəbər verir ki, bu sözləri "Kuban" klubunun baş məşqçisi Leonid Kuçuk "Qəbələ" ilə keçirilən yoxlama oyunundan sonra deyib.

55 yaşlı mütəxəssis komandasının ilk hissədə daha yaxşı oynadığını bildirib: "İlk hissədə komandamın oyunundan razı qaldım. İldırım sürətilə etdiyimiz hücumlar rəqibə səhvi düzəltmək imkanı vermədi. Bir neçə qol vurmaq şansımız da oldu. İkinci hissədə meydanın mərkəzində rəqibə uduzduğumuz üçün oyun bir qədər sönük keçdi. Lakin futbolçularım hər epizodda sonadək oynayaraq rəqibə qapımıza zərbə endirmək şansı vermədi. Gənc futbolçular xarakter nümayiş etdirdilər. Matçın sonlarında yenidən 3 qol vurmaq imkanımız oldu".

Qeyd edək ki, "Kuban" - "Qəbələ" oyunu 2:0 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail