"Azərbaycana məğlub olsaq, rüsvayçılıq olar"

26.08.2011 | 5132 dəfə oxunub

“Hər oyundan əvvəl futbolçulara qarşıdakı görüşün ən vacib olduğunu və qalib gəlməli olduğumuzu deyirəm”. Stadium.az xəbər verir ki, bu sözləri Belçika yığmasının baş məşqçisi Jorj Leekens deyib.

Mətbuat konfransı keçirən Leekens sentyabrın 2-də millimizlə baş tutacaq seçmə mərhələ oyunu haqda danışıb: “Gələn həftə bizi həqiqətən də vacib oyun – Bakıda Azərbaycanla səfər matçı gözləyir. Bizi Bakıda nəyin gözlədiyini təxminən bilirəm. Bu, yerli azarkeşlərin onlara olan dəstəyi və meydançanın pis ot örtüyüdür. Lakin biz bəhanə axtarmamalı və qalib gəlməliyik. İndi bizim qrup ikincisi olmaq şansımız 25-30 faizdir. Biz bunu artırmalıyıq. Bakıdakı məğlubiyyət rüsvayçılıq olar və şansımızı ciddi şəkildə azaldar. Komandamız inkişafdadır, günü-gündən daha çox futbolçumuz Avropanın güclü klublarında oynayır”.

Leekens sentyabrın 2-də ABŞ-la keçiriləcək yoxlama oyununa da toxunub: “Bakıda qələbə qazansaq, ABŞ-la qarşılaşmaya yaxşı hazırlaşacağıq. Belə olan halda, rahat oynayıb, Avstriya ilə Türkiyə arasında matçın nəticəsini gözləyəcəyik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail