"Qəbələ": 2015-ci ilin ilk oyunu, 33-cü duel

31.01.2015 | 3808 dəfə oxunub

"Qəbələ” 2015-ci ilin ilk rəsmi matçına fevralın 1-də çıxacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 2014/15 mövsümünün ikinci yarısına XIX turda səfərdə “Bakı” ilə oyunla başlayacaq.Ukraynalı baş məşqçi Roman Qriqorçuk və qış fasiləsində transfer edilən futbolçular üçün debütlə əlamətdar olacaq görüş “Qəbələ”nin paytaxtın eyniadlı təmsilçisi ilə 33-cü dueli olacaq.

“Bakı”nın təlim-məşq bazasında baş tutacaq qarşılaşmayadək komandalar 32 dəfə üz-üzə gəlib. Bu oyunların 26-sı çempionat, 6-sı kubok çərçivəsində keçirilib. Baş tutan görüşlərdə 8 qələbə qazanan “Qəbələ” 9 dəfə heç-heçə ilə kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. “Qırmızı-qaralar” 27 qol vurduğu matçlarda 35 top buraxıb.

Bu oyunlarda “Qəbələ”nin 27 qoluna 18 futbolçu imza atıb. Komandanın ən yaxşı bombardiri Viktor Mendidir. Seneqallı legioner 6 dəfə rəqib qapısına yol tapıb.

Bütün qələbələrini Premyer Liqada qazanan “Qəbələ” çempionatdakı 26 oyunda 6 heç-heçə edib və 12 dəfə uduzub. Bu matçlarda 54 qol vurulub. “Bakı” 29, “Qəbələ” 25 top vurub.

17-ci dəfə paytaxt təmsilçisinin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 3 qələbə qazanıb. Səfərdə 4 heç-heçəsi olan komanda 9 dəfə uduzub. Bakılılar öz meydanında top fərqində də öndədir – 22:12.

Ümumilikdə üstünlük “Bakı”nın tərəfində olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ardıcıl 8 qarşılaşmada uduzmayan “qırmızı-qaralar” bu görüşləri qolsuz tərk etməyib. Komanda rəqib meydanındakı son 7 görüşdə də qolsuz qalmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail