"Qoy, "qara bazar" işləsin və Topazı sevməyənlər xoşbəxt olsunlar"

04.02.2015 | 4059 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə Topaz idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirib. Stadium.Az xəbər verir ki, nazir "Report"a açıqlamasında millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirib.

O deyib ki, bir vətəndaş və şəxs kimi Topazın bağlanmasına heç bir etiraz etməyəcək: "Milli Məclis Topazın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdır. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".

Bir məmur kimi isə A.Rəhimovun reaksiyası belə olub: "Qara bazar"la müqayisə etsək, Topaz çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. Topaz bağlanacaqsa, qoy qalsın "qara bazar". Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdur. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar" işləsin və Topazı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".

"Bəlkə bu məsələni qaldıranlar Topazı deyil, "qara bazar"ı nəzərdə tutublar" sualını isə nazir bu cür cavablandırıb: "Bunu mən deyə bilmərəm. Mənim "qara bazar"la işim yoxdur. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın. Bizim yeganə uduşumuz odur ki, "qara bazar" olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdir".

Qeyd edək ki, Milli Məclisin fevralın 2-də keçirilmiş iclasında deputat Qüdrət Həsənquliyev Topazın bağlanmasını təklif edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail