"Bayıl Arena"da toplantı
Bu gün "Rəvan" rəhbərliyi ilə əsas komandanın üzvləri arasında görüş baş tutub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, səhər məşqindən sonra "Bayıl Arena"nın konfrans zalında keçirilən iclasda klubun vitse-prezidenti İlqar Axundov, idman direktoru Fizuli Əliyev, Ramil Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusu, tibbi-texniki heyət və futbolçular iştirak edib.
Toplantının məqsədi komandanın qış təlim-məşq toplanışını dəyərləndirmək olub. Vitse-prezident İ.Axundov hazırlıq prosesindən, futbolçuların məşq və yoxlama oyunlarındakı performansından razı qaldığını bildirərək, komanda üzvlərinə I divizionun II dövrəsinin oyunlarında uğurlar arzulayıb və "Rəvan"ın mövsümü qızıl medalla başa vuracağına inandığını ifadə edib.
İdman direktoru F.Əliyev toplanışın plana uyğun şəkildə getdiyini, lazımı transferlərin həyata keçirildiyini bildirib və verdikləri dəstəyə görə klub rəhbərliyinə komanda adından minnətdarlığını çatdırıb. Baş məşqçi R.Əliyev isə komandanın II dövrəyə tam hazır olduğunu və qarşıya qoyulan məqsədə çatacaqlarını söyləyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |