"Qəbələ" "Osmanlıspor"a rəqib oldu

02.04.2015 | 3175 dəfə oxunub

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində növbəti oyunlarını keçirib.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” qrup mərhələsinin 3-cü matçında Danimarka təmsilçisi “Nordsyelland”a 0:2 hesabı ilə uduzsa da, son iki turda maksimum nəticə göstərib. “Özerspor”u Ruslan İsmayılov və Rauf Məhərrəmovun qolları ilə 2:1 məğlub edən komanda ardınca “Seyrantəpəspor”la görüşüb. Bu matçın taleyini Bayraməli Qurbanovun qolu həll edib – 1:0.
İlk oyun günündə “Berlin Türkiyemspor”u 1:0 hesabı ilə məğlub edib, “Qalatasaray”dan 2 cavabsız qol buraxan Ülfət Mədətovun komandası qrup mərhələsini 9 xalla başa vurub.

Beləliklə, 6 komandanın iştirak etdiyi qrupda 3-cü yeri tutan “Qəbələ” 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 2-dəki ilk matçında “Osmanlıspor”la qarşılaşacaq. Bu matç saat 11:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail