Jaba: "Mən böyük futbolçuyam, "Simurq" kimi kiçik klubda heç vaxt oynamaram" EKSKLUZIV

03.09.2011 | 7081 dəfə oxunub

Jabanın UEFA tərəfindən bağıçlandıqdan sonra "Bakı"ya qayıtmasını xəbər vermişdik. Futbolçu bu haqda Stadium.az saytına açıqlama verib.

Futbolçu əvvəlcə "Bakı"ya qayıdışı haqda fikirlərini bölüşüb: "Bakı"ya qayıtmağıma çox sevinirəm. Bu klubun həyatımda hər zaman xüsusi yeri olub. Klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənə yenidən etimad göstərdilər. Mən "Bakı"dan getməmişdim. Sadəcə əsas komandadan uzaqlaşdırılmışdım. İndi isə qayıtmışam. "Bakı" hazırda çətin günlərini yaşayır. Ümid edirəm ki, hamımız əl-ələ verib komandanı bu vəziyyətdən çıxaracağıq"

Jaba "Bakı" ilə maliyyə şərtlərinin də qaydasında olduğunu bildirib: "Maddi cəhətdən klubla aramızda heç bir problem yoxdur. Bunda əvvəl necə idisə, bundan sonra da elə olacaq - hər şey qaydasındadır"

Bir müddət əvvəl Jabanın "Simurq"a transfer olunacağı bildirilirdi. Braziliyalı futbolçu bu haqda sualımızı gülüşlə qarşıladı: "Mən böyük futbolçuyam. "Simurq" isə çox kiçik klubdu. Orada heç vaxt oynamaram. Bunu ağlımdan da keçirməmişəm. Yayılan xəbərlər şayiədən başqa bir şey deyil"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail